Yuxarı

Erməni əsgərlər: O qədər sürətlidirlər ki, bacarmırıq - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni əsgərlər: O qədər sürətlidirlər ki, bacarmırıq - Video

13:20

ABŞ-ın nüfuzlu "Nyu York Tayms” qəzeti Qarabağdakı müharibədən yazıb.

Axar.az Yenisabah.az-a istinadən xəbər verir ki, qəzetin əməkdaşı Anton Troianovski və fotoqraf Sergey Ponomaryovla birgə Xankəndiyə gedib.

"Amansız müharibənin ön cəbhəsi: Dağlıq Qarabağda ölüm və çarəsizlik” başlıqlı materialda bildirilir ki, erməni səngərlərində qorxu hakimdir.

"Erməni səngərlərində qorxu hakimdir. Erməni silahlı qüvvələri Azərbaycana məxsus PUA-lar qarşısında tamamilə aciz durumdadır", - deyə yazıda qeyd olunur.

Müəllif daha sonra yazır ki, Azərbaycan Ordusu artilleriya və PUA zərbələri ilə 27 sentyabrdan etibarən cəbhədə irəliləməyə davam edir.

Yazıda qeyd edilir ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın PUA-larını sıradan çıxarmaq gücündə deyil.

"Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan Ermənistan gəncləri və könüllüləri cəbhəyə göndərir. Hətta cəbhəyə göndərilənlər arasında veteran əsgərlər də var”, - deyə materialda bildirilir.

Birinci Qarabağ savaşında iştirak edən erməni əsgər Artur Aleksanyan qəzetə deyib ki, əvvəllər "Kalaşnikov" avtomatları çox əhəmiyyətli idi, amma indi şərtlər fərqlidir.

Müəllif yazır ki, erməni əsgərlərinin ətrafları Azərbaycanın modern PUA-lar vasitəsilə sistematik şəkildə erməni tanklarını və digər təchizatlarını məhv etdiyi kraterlərə çevrilib.

Erməni əsgər Aleksanyan isə "O qədər sürətlidirlər ki, onlarla bacarmırıq. Qorxmadığımızı deməyəcəm. Hamımız çox qorxuruq", - deyib.

Ön cəbhədə döyüşən Tiqran Saakyan isə Azərbaycan əsgərlərindən qorxusunu belə ifadə edib: "Birini öldürürük, amma qaçmırlar. Daha sonra birini də öldürürük, sonra daha birini, amma gəlməyə davam edirlər. Robot kimidirlər, gəlməyə davam edirlər”.

Tarix
2020.10.21 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla