Yuxarı

Gəncədə gördüklərimdən çox sarsıldım - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə gördüklərimdən çox sarsıldım - Səfir

Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov Ermənistanın raket hücumlarına məruz qalan Gəncə şəhərinə və bir sıra rayonlara səfərinin nəticələrinə dair bəyanatla çıxış edib.

Axar.az xəbər verir ki, səfir həmkarları ilə bir neçə dəfə Gəncə şəhərinə və bir sıra rayonlara səfər etdiyini bildirib. Səfirin “Region Plus” jurnalında yayılan bəyanatında deyilir: “Bu səfərlər zamanı mən raket zərbələrinin ağır nəticələrini öz gözlərimlə gördüm. Gördüyüm hər şeydən sarsılmışam: ən kədərlisi odur ki, günahsız insanlar həlak olur”.

Diplomat qeyd edib ki, Gəncəyə vurulan raket zərbələri nəticəsində qurbanların sayının daha çox olmasının qarşısının alınmasına Azərbaycanın müvafiq səlahiyyətli orqanlarının, o cümlədən evlərin dağıntıları altından sakinləri xilasetmə əməliyyatları təşkil edən Fövqəladə Hallar Nazirliyinin operativ reaksiya verməsi sayəsində nail olunub.

Səfir qeyd edib ki, Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının rəhbərliyi Dağlıq Qarabağ ətrafında silahlı qarşıdurma və xüsusilə Azərbaycanın dinc əhalisi arasında insan itkiləri ilə əlaqədar narahatlığını ifadə edib. “Özbəkistanın prinsipial mövqeyini yenidən təsdiq etmək istərdim. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə şərtsiz riayət etməklə Dağlıq Qarabağ münaqişəsinin tez bir vaxtda həllinin zəruriliyindən ibarətdir”, - deyə B.Əşrəfxanov bildirib.

Səfir həlak olanların yaxınlarına başsağlığı verib, yaralananlara tezliklə sağalmalarını diləyib.

Tarix
2020.10.21 / 19:16
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla