Yuxarı

YTP MMC-yə yeni rezident qəbul edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" (YTP) MMC-nin Ekspertlər Şurasının onlayn iclası keçirilib.

Axar.az AMEA-nın mətbuat xidmətinə istinadən xəbər veri ki, iclasda Şuranın sədri, AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev, Şuranın üzvləri, YTP-nin direktoru Vasif Abbasov, direktor müavini Zaur Nəhmətov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan R.Əliquliyev iclasın gündəliyində duran məsələni diqqətə çatdırıb. O, tədbirin müasir texnologiyalar tətbiq etməklə xalça istehsalını həyata keçirən “Dadaş-N” MMC-nin YTP-də rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihənin müzakirəsinə həsr olunduğunu bildirib, YTP-nin bu kimi texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsinə, cəmiyyətdə innovativ təşəbbüslərin artırılmasına, elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına hər zaman dəstək verdiyini vurğulayıb.

Sonra “Dadaş-N”-in direktoru Nəsimi Dadaşov çıxış edərək 1995-ci ildən fəaliyyət göstərən müəssisənin Azərbaycanda sənaye üsulu ilə xalça istehsalını həyata keçirən yeganə şirkət olduğunu vurğulayıb. O, şirkətdə həm Azərbaycanın qədim xalçalarının, həm də müasir üslubda tikilən xalçaların istehsalı üçün ən son avadanlıqlardan hesab olunan Belçika istehsalı “Van De Viele” şirkətinin kompüter proqramlı oxucu dəzgahından istifadə etməklə müxtəlif ölçülü xalçaların istehsal ediləcəyini diqqətə çatdırıb, hazırda daxili bazarda xalça, kilim, palaz və s. kimi məhsullara olan yüksək tələbatdan bəhs edən şirkət rəhbəri daxili tələbatı təmin etmək üçün yeni istehsal müəssisələrinin yaradılmasına ehtiyac duyulduğunu söyləyib.

N.Dadaşov əlavə edib ki, müəssisə Azərbaycanda xalçaçılığın inkişafı ilə bağlı qəbul edilən qərar və proqramları rəhbər tutaraq istehsal sahəsini daha da inkişaf etdirməklə daxili təlabatın ödənilməsini, xalça və bu kimi məhsulların ixrac qabiliyyətinin artırılmasını, yeni iş yerlərinin açılmasını, eləcə də Azərbaycan bazarının xarici təchizatçılardan asılılığının azaldılmasını hədəfləyir.

Onun sözlərinə görə, xalçaçılıq sənətini daha da genişləndirmək, daxili bazarı təmin etmək və xaricə valyuta axınının qarşısını almaq üçün kompüter proqramlı bir neçə avadanlıq tələb olunur. Direktor rəhbərlik etdiyi müəssisənin YTP-də açılacaq yeni xalça fabrikində istənilən növ (milli, klassik, modern) və ölçüdə xalça və kilim məhsullarının istehsal olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu avadanlıqların günlük istehsal gücü 1 500-2 000 kvadrat metr xalça məhsullarının toxunmasına imkan verir. Müştərilərin istəyi ilə istənilən standart və qeyri-standart ölçülərdə xalçalar toxumaq mümkündür. Xalça fabrikində xalça toxumaqla yanaşı, ondan sonrakı prosesləri də icra etmək üçün avadanlıqlar quraşdırılacaq.

İclasda Ekspertlər Şurasının katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev, Şura üzvləri - AMEA-nın müşaviri Telman Əliyev, Polimer Materialları İnstitutunun direktoru Bəxtiyar Məmmədov və Biofizika İnstitutunun direktoru Oktay Qasımov müzakirə olunan məsələ ətrafında rəy və təkliflərlə çıxış ediblər.

Daha sonra “Dadaş-N”-in YTP-nin rezidenti qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

R.Əliquliyev YTP-də fəaliyyət göstərəcək yeni xalça fabrikində 3D-çap texnologiyalarının tətbiqi məsələsinə toxunub, üçölçülü texnologiyaların tətbiqi ilə 3D-xalçaların hazırlanmasının ölkəmizdə xalçaçılıq sənəti üçün yeni bir istiqamət olduğunu diqqətə çatdırıb.

Sonda Şura sədri müəssisənin AMEA-nın elmi-intellektual potensialından səmərəli istifadə edəcəyinə, YTP-də təqdim olunan güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına və ölkə iqtisadiyyatının inkişafına töhfələr verəcəyinə inamını ifadə edib.

Tarix
2021.01.27 / 18:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla