Yuxarı

Moskva görüşündə bu bənd müzakirə olunacaq - Qriqoryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva görüşündə bu bənd müzakirə olunacaq - Qriqoryan

Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərinin Moskvada keçiriləcək görüşündə kommunikasiyaların blokadadan çıxarılması məsələsi müzakirə ediləcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O, görüşdə üç liderin 11 yanvar tarixində qəbul etdikləri birgə bəyanatın müzakirəsinin də planlaşdırıldığını qeyd edib:

“Ətraflı gündəliyin formalaşdırılması üçün daha bir görüş keçirmək lazım olacaq. Hazırda yalnız bəyanatın 4-cü bəndinin müzakirə mərkəzində olacağı məlumdur”.

Qriqoryan blokadanın ləğvinin çox çətin proses olduğunu desə də, məsələlərin həllini mümkün hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın görüşü keçiriləcək.

Tarix
2021.01.28 / 15:13
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla