Yuxarı

Ərdoğan iqtidardan gedəcək – Şok rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim partiyası AKP-nin bu seçkilərdə təkbaşına iqtidar olması üçün lazım olan qədər səs ala bilməməsi koalisiya hökumətini qaçılmaz edir.

Bu barədə Türkiyədəki seçkilərin ilkin nəticələri açıqlanan kimi Axar.az-ın sorğusunu cavablandıran politoloq Fərhad Mehdiyev deyib. O, AKP-nin qura biləcəyi koalisiyadan danışıb:

"Əvvəlcədən proqnozlaşdırdığımız kimi, AKP-nin HDP ilə koalisiyaya gedəcəyi gözlənilir. İlk ehtimal budur ki, bu koalisiya hökuməti uzun sürməyəcək və Türkiyə erkən seçkilərə getməyə məcbur olacaq. Bu erkən seçkilərdə isə AKP səslərini əhəmiyyətli şəkildə itirəcək – təxminən 20 faiz civarında səs alacaq. Beləliklə, Türkiyənin AKP dönəmi başa çatacaq".

İkinci ehtimaldan danışan F.Mehdiyev HDP-nin koalisiyaya getmədən AKP-yə dəstək verə biləcəyini və əvəzində ciddi güzəştlər istəyəcəyini bildirib:

"İkinci ehtimal odur ki, HDP koalisiyaya getmədən AKP-yə səs verəcək. Əvəzində isə PKK lideri Abdullah Öcalanın azadlığa buraxılması, bələdiyyələrin səlahiyyətinin artırılması, kürdcə məktəblərin açılması və Türkiyə parlamentinə düşmək üçün barajın 5 faizə düşməsini (hazırda baraj 10 faizdir) tələb edəcək. HDP koalisiya daxilində də bu şərtlərini diktə etməyə çalışacaq".

Xatırladaq ki, Türkiyədə bir partiyanın təkbaşına iqtidar olması üçün ən azı 276 millət vəkilinə sahib olması lazımdır. Səslərin 98 faizinə yaxını sayılıb və hazırkı nəticələrlə AKP 259 millət vəkili yeri qazanıb.

Tarix
2015.06.07 / 23:28
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Qarabağ atlarının şousunu izlədi - Foto

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

Pakistan səfirindən Zəngəzur açıqlaması: Bir neçə seçim...

Prezidentlərin geniş tərkibdə görüşü: Sənəd mübadiləsi... - Foto

Prezidentlər Şuşada təkbətək görüşdü

BƏƏ prezidenti Şuşada belə qarşılandı - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla