Yuxarı

Britaniyadan gələn kitabları SN “müsadirə edir” - Qalmaqal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədən özəl sifariş olaraq 1000 manat dəyərində kitablar gətirmişəm. Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi həmin kitablar üçün sertifikat adı ilə bizə 1900 manatlıq pul ödətdirib. Üstəlik də 500 manat dəyərində olan ən bahalı kitabları ekspertiza adı ilə götürüblər və qaytarmırlar.

Axar.az xəbər verir ki, bu sözləri “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli qeyd edib.

Köçərli şikayətində bildirib ki, müştəri də öz kitablarını tələb edir:

“Yalnız son bir ay ərzində buna görə bizə 2600 manat ziyan dəyib. Çünki sertifikatlarla qarışıq yaradıb gömrük işlərimizi uzadırlar ki, biz də gömrüyə kitabların saxlanıldığı üçün ödəniş edirik. Üstəlik, heç kəsə lazım olmayan sertifikatlara da 3100 manat ödəmişik.

Dünən mərkəzin rəisi, əməkdaşları 1 saatlıq söhbətdən sonra məni arxayın etdilər ki, kitablarımı geri qaytaracaqlar. 1-2 ədəd kitaba görə daha sertifikat tələb etməyəcəklər. Lakin kitabları geri qaytarmadılar, üstəlik yeni gələn sifariş üçün əlavə 300 manat və “müsadirə” üçün bahalı kitab tələb etdilər.

Artıq Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzindən sosial şəbəkələrdə canlı açıb öz kitablarımı tələb edəcəyəm. Çox təəssüf edirəm. Məsələni o həddə gətirib çıxardıblar ki, ictimailəşdirərək, haqqımı tələb edəcəyəm”.

Tarix
2025.09.16 / 14:37
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Qarabağ atlarının şousunu izlədi - Foto

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

Pakistan səfirindən Zəngəzur açıqlaması: Bir neçə seçim...

Prezidentlərin geniş tərkibdə görüşü: Sənəd mübadiləsi... - Foto

Prezidentlər Şuşada təkbətək görüşdü

BƏƏ prezidenti Şuşada belə qarşılandı - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla