Yuxarı

Ermənilərə qarşı “Həlqə” əməliyyatı: 30 kənd təmizləndi, ancaq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərə qarşı “Həlqə” əməliyyatı: 30 kənd təmizləndi, ancaq...

30 il öncə, demək olar ki, məhz bu gün – 1991-ci il aprelin 21-də Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun SSRİ-nin ovaxtkı rəhbəri M.Qorbaçovla uğurlu siyasi-diplomatik danışıqlarından sonra həm Azərbaycan, həm Ermənistan ərazisindəki erməni terrorçularına qarşı keçirilməsi nəzərdə tutulmuş məşhur “Həlqə” əməliyyatı başlandı. Aprelin 16-da A.Mütəllibov Bakıda keçirdiyi müşavirədə bütün güc və təhlükəsizlik strukturlarına bununla bağlı tapşırıqlar verdi. Və aprelin 21-dən başlayaraq erməni terrorçularının o dövr üçün əsas və ən böyük bazasının yerləşdiyi indiki Göygöl rayonunun Çaykənd və digər ətraf kəndləri mühasirəyə alındı. 1991-ci il aprelin 29-30-dan başlayaraq iyul ayının sonunadək həyata keçirilmiş uğurlu döyüş əməliyyatları nəticəsində yalnız həmin rayonda deyil, Qarabağda, eləcə də Şuşa rayonundakı bir sıra terrorçu bazaları tamamilə terrorçulardan təmizləndi.

Axar.az xəbər verir ki, sabiq dövlət başçısı Ayaz Mütəllibov Moderator.az-a sözügedən əməliyyat barədə danışıb.

“Həlqə” əməliyyatının müsbət əhəmiyyətini biz əsl mənada ondan sonrakı dövrlərdə dərk etdik. Bu da bizə Qarabağ məsələsinin həlli üçün o zaman daha hansı işlər görməli oldumuzu və sonradan nələri etməyin vacib olduğunu göstərdi. Sözsüz ki, bəhs edilən əməliyyatda güc tətbiq edilməsi müəyyən dərəcədə gələcək işlərimizin aydın fonunu yaratdı. “Həlqə” əməliyyatı nəticəsində, bildiyiniz kimi, 30-dan çox kənd, o cümlədən Gəncə şəhərinə yaxın olan strateji əhəmiyyətli Çaykənd də erməni terrorçularından azad edildi. Həmin məntəqə və ətraf digər kəndlər ondan əvvəl bir ildən çox müddətdə, demək olar ki, tam mühasirədə qalmışdı. Biz ovaxtkı İttifaq dövlətinin rəhbərliyini Qarabağdakı erməni separatçılara qarşı sülhə məcburetmə əməliyyatı keçirilməsinin vacibliyinə inandıra bildik. Çünki həmin separatçı və terrorçu liderlər dincliyə, sülhə apara biiləcək bütün addımlara hər vasitə ilə əngəl olmağa çalışırdılar. Təəssüf ki, “Həlqə” əməliyyatı tam yekunlaşmadı və nəzərdə tutulmuş bütün digər müsbət nəticələr əldə olunmadı. Ona görə “təəssüf” deyirik ki, Azərbaycanın məsələnin hərbi güc yoluyla həll edilməsi qərarı tamamilə özünü doğrultmuşdu və bu, yaxın gələcəkdə hər iki tərəfə lazım olan yaxşı sülhlə nəticələnəcəkdi. Ancaq Moskvada SSRİ rəhbərliyində baş vermiş “QKÇP” adlanan təbəddülatlar və həmin fonda Qarabağ separatçılarının öz təxribatçı əməllərini davam etdirməsi bizim qarşıya qoyulmuş vəzifəni yerinə yetirməyimizə əngəl oldu”.

Tarix
2021.04.21 / 23:48
Müəllif
Axar.az
Digər xəbərlər

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla