Yuxarı

Ekspertlərə ixtisas attestatının verilməsi ilə bağlı dəyişiklik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspertlərə ixtisas attestatının verilməsi ilə bağlı dəyişiklik

“İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarında dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bununla əlaqədar Baş Nazir Əli Əsədov mayın 3-də Nazirlər Kabinetinin 127 nömrəli Qərarını imzalayıb.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 998) ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”na 1 nömrəli əlavə - “İxtisas attestatının verilməsinə dair ərizə forması”nın 6-cı hissəsi aşağıdakı redaksiyada verilsin:

“6. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarına münasibətdə

həmin kvalifikasiyaların tanınması tələb edildiyi halda, kvalifikasiyaların

tanınması haqqında şəhadətnamənin nömrəsi _________”.

Tarix
2021.05.03 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla