Yuxarı

Şevçenko: Azərbaycanlılar İrəvanın mərkəzində… - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şevçenko: Azərbaycanlılar İrəvanın mərkəzində… - Video

10:37

Reallıq ondan ibarətdir ki, ermənilər Qarabağ klanına qarşı nifrət etdiklərini bütün dünyaya sübut etdilər. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra Qarabağ klanının Zəngilan qızılını qeyri-leqal istismarı etməsi faktları bizə məlum oldu. Öyrəndik ki, uzun illər İran sərhədindən və işğal olunmuş Azərbaycan torpaqlarından qaçaqmalçılıq karvanları keçirmiş.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın tanınmış siyasi xadimi Maksim Şevçenko “Krallar və piyadalar” (Koroli i Peşki) verilişinin efirində bildirib.

Onun sözlərinə görə, Qarabağ klanı bu işğal illəri ərzində milyonlara sahib oldu, erməni xalqı isə səfalət içində yaşadı:

“Bütün bu illər ərzində Rusiya, Amerika və ya Fransadakı saraylarda əyləşən harınlamış erməni milyonçuları “Onların millətinin Tiqran nəslindən olduğunu”, “böyük Ermənistanın müqəddəs torpaqları uğrunda ölmək lazım olduğunu” deyirdilər. Amma bu gün, nəhayət, biz ermənilərin əsl səsini eşitdik. Sadə ermənilərin bu səsi göz qabağındadır: “Biz müharibə istəmirik”, “Biz vətəndaş hüquqlarına riayət olunmasını istəyirik”, “Biz Avropa xalqları kimi yaşamaq istəyirik”.

Vacib detalı anlamaq lazımdır ki, ermənilər Paşinyana deyil, müharibə istəyən Qarabağ klanına qarşı səs veriblər.

Bundan sonra əminəm ki, vaxt keçəcək və azərbaycanlılar hətta İrəvanın mərkəzində belə rahat yaşaya biləcəklər”.

Tarix
2021.06.24 / 13:05
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla