Yuxarı

Həqiqi hərbi xidmətə qəbul üzrə imtahanlar başladı - MN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həqiqi hərbi xidmətə qəbul üzrə imtahanlar başladı - MN

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul üzrə imtahanlar başlayıb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, kursa müraciət etmiş namizədlərin seçimi zamanı onların hərbi bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı müharibə iştirakçılarına üstünlük veriləcək.

İmtahanlara Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələri və Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilən şəxslər buraxılıb.

İmtahan prosesinin şəffaf və obyektiv keçirilməsinə nəzarət əsasən Vətən müharibəsi təcrübəsinə malik zabit heyətindən təşkil edilmiş Qəbul komissiyası tərəfindən həyata keçirilir.

Qəbul komissiyası tərəfindən keçirilən imtahanların şəffaflığını və obyektivliyini təmin etmək məqsədi ilə bütün proseslərə video formatda tam nəzarət olunur və iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Təlimata uyğun olaraq namizədlər test suallarından əlavə fiziki hazırlıq, atış və sürücülük bacarıqları üzrə də müəyyən normativləri yerinə yetirirlər.

İmtahan zamanı yaranmış sual və müraciətlər komissiya üzvləri tərəfindən dərhal baxılaraq yerində cavablandırılır.

Tarix
2021.08.03 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

F-35-lərin Türkiyəyə satışının qarşısını almaq üçün... – Kombos

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla