Yuxarı

Ermənilər Qubadlıda əsgərimizə qəfil hücum etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Qubadlıda əsgərimizə qəfil hücum etdi - Video

2021.08.25 20:46

Avqustun 25-də saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan silahlı qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.

DSX-dan Axar.az-a verilən məlumata görə, digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermə­nistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaç­ıblar.

"Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, hazırda həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcək", - məlumatda vurğulanıb.

Tarix
2021.08.26 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla