Yuxarı

İran ordusunu buna görə şimala gətirib - Balçı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ordusunu buna görə şimala gətirib - Balçı

İran Azərbaycanın bu qədər sürətlə öz torpaqlarını işğalçılardan təmizləyəcəyinə və Rusiyanın sözügedən mərhələdə səssiz qalacağına inanmadı. Azərbaycan İranla sərhəd olan və Ermənistan tərəfindən işğal edilən rayonlarını da azad etdi. Buna görə İkinci Qarabağ müharibəsində proses Azərbaycanın xeyrinə inkişaf etməyə başladıqdan sonra İran Azərbaycan sərhədinə qoşun yığmağa başladı.

Bunu Axar.az-a açıqlamasında İran üzrə siyasi ekspert Çağatay Balçı bildirib.

O qeyd edib ki, Qarabağdakı erməni separatçılarının tör-töküntülərinə müxtəlif mallar daşıyan İran yük maşınlarının Azərbaycan tərəfindən haqlı olaraq saxlanılması bu ölkəni qıcıqlandırıb:

“Erməni separatçılarına Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsi ilə qanunsuz olaraq müxtəlif yükləri daşıyan İran maşınlarının Azərbaycan polisi tərəfindən saxlanılması, digər tərəfdən İran dövlət idarələrinin sürücülərə verdiyi məlum sənədlərin ortaya çıxması bu ölkəni qıcıqlandırıb. Bildiyimiz kimi, bəhs etdiyimiz sənədlərdə Xankəndi Ermənistan ərazisi kimi göstərilib. İranı narahat edən digər bir səbəb isə Türkiyə və Azərbaycanın son dövrdə keçirdiyi çoxsaylı hərbi təlimlərdir. İran indi başvermə ehtimalı olan 3-cü Qarabağ müharibəsinə hazırlıqsız yaxalanmaq istəmir. Ancaq İran bilməlidir ki, Türkiyə və Azərbaycanın ortaq təlimləri hansısa üçüncü dövlətə qarşı yönəlməyib. Azərbaycan isə Ermənistanın işğalı altındakı torpaqlarını azad etməklə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib”.

Tarix
2021.09.21 / 16:09
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla