Yuxarı

Putin Bakının xeyrinə seçim etdi - Fransız alimin şərhi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur fransız tədqiqatçısı, tarixçi, Avrasiya Araşdırmalar Mərkəzinin əməkdaşı Maksim Qauinin Axar.az-a müsahibəsi:

- Vladimir Putin bəyan edib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesində vasitəçi rolunu oynayacaq. Putinin sözlərinə görə, o, 1920-ci illərin xəritələrindən istifadə etməyi planlaşdırır. Sizcə, o, nə üçün məhz bu dövrün xəritələrini əsas götürməyə qərar verdi?

- Dəqiq cavab verə bilmərəm, amma ictimaiyyətə açıqlanan faktlara baxsaq, pazlları özümüz birləşdirə bilərik. Hələ 2021-ci ilin martında İrəvan bu xəritələrin istifadəsinin qəti əleyhinə idi, bu yaxınlarda isə Putin belə bir bəyanatla çıxış etdi. Beləliklə, əminliklə bu nəticəyə gəlmək olar ki, cənab Putin Azərbaycanın xeyrinə seçim edib.

- Sizcə, Putinin bu seçiminin səbəbi nədir?

- Bunun bir neçə səbəbi var: 1) Türkiyə ilə tərəfdaşlığın vacibliyi. Türkiyə ilə ABŞ və Avropanın arasındakı gərginliyin artması Rusiyanı Türkiyə üçün daha cəlbedici edir; 2) Cənab Putin ölkə daxilində reytinqinin azalması səbəbindən öz ölkəsinin müsəlmanlarını (Volqa bölgəsinin tatarlarını, Moskva və Sankt-Peterburq azərbaycanlılarını və s.) razı salır; 3) Rusiya və Ermənistanın Gürcüstan vasitəsilə deyil, birbaşa Azərbaycan ərazisindən əlaqə qurması daha sərfəli olardı. Rusiya bunu aydın başa düşür.

- Putin məhz hansı xəritəni nəzərdə tutur?

- Hesab edirəm ki, o, sərhədlərin Azərbaycanın səylərinə uyğun müəyyənləşməsini və Laçın dəhlizin məsələsini qeyri-müəyyən müddətə təxirə salmasını istəyir. Buna nail olacaqmı? Məlum deyil. Amma xəritəni məhz bu prinsiplə seçəcək.

- Delimitasiya və demarkasiya prosesi Rusiyanın vasitəçiliyi ilə həyata keçirilərsə, beynəlxalq birliyin dəstəyi nə dərəcədə vacib olacaq?

- Aydındır ki, ABŞ və Fransa narazı olacaq, onlar sülh prosesinin bir hissəsi olmaq cəhdlərinin tamamilə uğursuz olduğunu bilirlər. İndi onlar regionda öz varlıqlarını bərpa etməyə çalışırlar və azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycana kömək edirlər. Bir sözlə, düşünmürəm ki, buna etiraz edəcəklər. Çox güman ki, sözügedən sazişi alqışlayacaqlar.

İtaliya, Almaniya və Böyük Britaniyanın isə bu regionda əsasən biznes maraqları var. Onların bu prosesə dəstək verməyəcəklərini güman etməyə heç bir əsas yoxdur.

Tarix
2021.11.08 / 10:00
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla