Yuxarı

İŞİD-in Ankaradakı məhəlləsindən azərbaycanlı çıxdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD-in Ankaradakı məhəlləsindən azərbaycanlı çıxdı -  Foto

"İslam dövləti" tərəfdarlarının Ankarada toplaşdığı məhəllədə baş verənlər görüntülənib.

Axar.az-ın məlumatında bildirilir ki, vəhhabilər Türkiyə paytaxtının yoxsul bir məhəlləsi olan Hacıbayramda məskunlaşıb. Onların bu massivdə bir yaşayış məntəqəsini həm məscid, həm də qərargah kimi istifadə etdikləri qeyd olunub.

Son əməliyyatlarda saxlanan və daha sonra sərbəst buraxılan vəhhabilər də məhz bu evdə yığışaraq təbliğat aparıb, çıxışlar ediblər. Hətta "xilafət"in bayraqları da mənzildən asılıb.

İstanbulda keçirilən anti-İŞİD əməliyyatlarında həbs edilən "Əbu Hanzala" kod adlı Halis Bayancukun və İŞİD-in İstanbulda olan azərbaycanlı lideri Abdulla Abdullayevin də vaxtaşırı Ankaraya gələrək bu məkanı ziyarət etdiyi xəbər verilir. Görüntülərin birində Abdullanın fotosu yer alıb.

Hacıbayram Ankaranın ən yoxsul məhəllələrindən biridir. Bir neçə gün əvvəl bu ərazidə əməliyyat keçirilib, 15 nəfər saxlanılıb. Məhəllədəki gecəqondularda kirayə ucuz olduğuna görə iraqlı, suriyalı və əfqanıstanlı ailələr burada məskunlaşıb.

Tarix
2015.08.01 / 20:24
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Yaşar Gülər Xocavənddə...

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla