Yuxarı

Sərhəd təxtribatı Paşinyanın “ikibaşlı” planıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhəd təxtribatı Paşinyanın “ikibaşlı” planıdır

Sərhəddə baş verən təxribatlarla bağlı maraqlı məqamlar çoxdur. Əvvəla, Paşinyan hakimiyyəti sülh müqaviləsini mümkün qədər gecikdirməyə, həmçinin sərhədin delimitasiyası və Zəngəzur dəhlizi ilə bağlı müqaviləni imzalamamağa çalışır.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatlar barədə danışarkən deyib.

“Paşinyan çalışır ki, Azərbaycanı müharibəyə təhrik eləsin və Rusiyaya müraciət edir ki, sən bizi qorumalısan. Rusiya bu münaqişəyə müdaxilə etmədikdə isə Paşinyan rus hərbi bazalarının ölkədən çıxması məsələsini dolayısı ilə qaldırır. Yəni ictimai şüurda Rusiyaya qarşı münasibət formalaşdırır və qərbyönlü siyasət yürütmək üçün şərait formalaşdırır. Bu, Paşinyanın ikibaşlı planıdır. Son günlər Ermənistanda Rusiya əleyhinə aparılan mitinqlər də buna hesablanmışdı”, - politoloq bildirib.

T.Rzayev qeyd edib ki, qarşıdurmalarda Ermənistanın revanşist müxalifəti də maraqlıdır:

“Köçəryan da təxribatların artmasına çalışır. Çünki bu zaman Paşinyan cəbhədə uğursuzluqla qarşılaşıb, itkilər verəcək və reytinqi sürətlə azalacaq. Köçəryan bundan istifadə edərək cinayətkar Qarabağ klanını hakimiyyətə gətirmək istəyir. Buna Rusiyadan müəyyən dairələr də dəstək verir. Çünki Köçəryan Ermənistanı Qərbin əlindən alıb, birbaşa Rusiyanın ağuşuna atacaq”.

Tarix
2021.11.17 / 15:22
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

Əliyevlə Tramp Davosda görüşdü - Foto

Prezident Davosda mühüm tədbirdə iştirak etdi - Foto

İlham Əliyev Davosda bu sənədi imzaladı - Video

Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik

Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır

Bayramov NATO Baş katibinin müavini ilə görüşdü - Foto

Qrenlandiya məsələsi çözüldü - Tramp buna nail oldu

Moskvadakı səfirimiz Rusiya MN-ə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla