Yuxarı

Təxribat deyil, terrordur və Köçəryan törədir - Mavaşev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təxribat deyil, terrordur və Köçəryan törədir - Mavaşev

Hər şeydən əvvəl Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin əsas səbəbi Ermənistandakı daxili proseslərdir.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı ekspert, şərqşünas-türkoloq Yuri Mavaşev danışıb.

“Ermənistanda Köçəryan klanı ilə Paşinyan klanı arasında çox sərt siyasi mübarizə gedir. Paşinyan faktiki olaraq Qarabağ klanının nümayəndəsi deyil, bu da avtomatik olaraq onları qarşılaşdırır.

Fikrimcə, bu, Köçəryan adamlarının təxribatıdır, mənim üçün məsələ aydındır”, - o bildirib.

Mavaşevin sözlərinə görə, Azərbaycan gərginlikdə maraqlı deyil:

“Hazırda Azərbaycan üçün əsas prinsipial məsələlərindən biri Zəngəzur dəhlizidir ki, o da Rusiya tərəfi üçün də əhəmiyyətlidir. Rusiya ötən il üçtərəfli bəyanatı imzaladı. Orada aydın şəkildə qeyd olunub ki, Zəngəzur dəhlizini Rusiya qoruyacaq. Belə çıxır ki, ermənilər bu məqamı özü üçün sildirərək və bu məsələ ilə bağlı danışıqları ləngdərək faktiki olaraq Rusiyanın da səylərini yox edir”.

Ekspert əlavə edib ki, 7 Azərbaycan əsgərinin həlak olması ilə nəticələnən bu erməni təxribatı, şübhəsiz, Ermənistanın növbəti terror aktı hesab oluna bilər.

Tarix
2021.11.17 / 16:00
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla