Yuxarı

Niyə bu adam ABŞ-dan Londona köçdü?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaragüruhun Azərbaycana, onun dəyərlərinə münasibəti barədə söhbətimizi davam etdiririk.

...Biri də var. Cəmil Həsənli. Guya nəyəsə etiraz edib və “əməkdar müəllim” adından imtina edib. Amma məncə, imtina ediləsi başqa nələrsə də var. Sağlığına qismət. Məsələn, Prezidentin verdiyi ev. Daha doğrusu, bütöv bir binanın altı da daxil olmaqla, el arasında “sokol mərtəbə” adlanan bütün hissə.

Professor əvvəllər buranı yaxşı qiymətə qeyri-hökumət təşkilatlarına icarəyə də verərdi. Ola bilsin ki, bu binadan çıxardığı pula Londonda mənzilləndiyi məkanın pulunu verir. Yeri gəlmişkən, Cəmil Həsənli, Qubad İbadoğlu və başqalarının öz dırnaqarası mənzil-qərargahlarını Birləşmiş Ştatlardan Londona dəyişməsinin səbəbi çox sadədir - Britaniya ilə Azərbaycanın münasibətlərini korlamaq cəhdi.

Əslində, bu tip təşəbbüs və cəhdlər o qədər gülüncdür ki, bəlkə vaxt ayırmağa dəyməzdi. Məsələn, bu yaxınlarda Britaniyanın Baş nazirinin Prezident İlham Əliyevə yazdığı məktubu xatırlamaq kifayət edərdi. Boris Conson yazırdı: “Böyük Britaniya Azərbaycanın dünyada artan rolunu alqışlayır. Siz Qoşulmama Hərəkatının sədri kimi narkotik dövriyyəsinə qarşı mübarizəyə töhfə vermsiniz, Əfqanıstanda Kabil hava limanının müdafiəsində aktiv rol oynamısınız. Azərbaycan iqlim dəyişikliyi ilə bağlı razılaşmaya da artıq qoşulub. İki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etməsini arzulayıram”.

Yəni səviyyələr o qədər fərqli, o qədər qeyri-bərabərdir ki, Cəmil Həsənli və ya Qubad İbadoğlu kimilərin hardasa nəyisə korlaması sadəcə imkansızdır. Amma yenə də mövzuya toxunmağı lazım bilirəm. Ona görə ki, sosial şəbəkələrdə heç də hamı yetkin kamal sahibi deyil və onlar arasında ucuz populizmə meyillilər ola bilər.

Yeri gəlmişkən, London məhkəməsində açılan müəyyən işlərdən, hansısa qarayaxma kampaniyalarının müxtəlif səviyyələrə daşınmasının gerçək səbəblərindən də sensasiyalı faktlarımız olacaq. Sadəcə bir az gözləməyinizi rica edəcəm. Yəqin ki, yaxın iki ay ərzində çox mətləblər üzə çıxacaq.

İndi isə Londona toplaşmağın bəzi səbəbləri barədə. Birini dedik. London-Bakı münasibətlərini korlamaq cəhdləri.

İkincisi bu məqsədlə qrant ayıran Milli Demokratiya İnstitunun boşqabında Hüseynov Emildaşlıq etmək. Baydenin demokratiya sammiti, bura dəvət olunmayan Azərbaycan və Türkiyə haqqında uzun-uzadı danışmaqla öz aləmlərində Azərbaycanı aşağılamaq, ölkəmizin qazandığı böyük qələbəni sadəcə görməzliyə vurmaq və fırlandıqları dairələrdə Azərbaycan haqqında mənfi rəy yaratmaq. Biz Bayden sammiti barədə yəqin ki, növbəti görüşümüzdə daha ətraflı danışacağıq. İndi isə sadəcə bir siyahını oxumaqla kifayətlənəcəm. Bu siyahıdan Baydenin özünəməxsus, yeri gəlmişkən, elə məhz ona məxsus demokratiyaya layiq bilinərək dəvət edilən ölkələrin yalnız bir neçəsinin adını çəkəcəm. Məsələn, bu ölkələr demokratiya sammitinə layiq bilinblər: Anqola, Botsvana, Kabo-Verde, Keniya, Konqo Demokratik Respublikası, Qana, Liberiya, Malavi, Mavriki, Namibiya, Niger, Nigeriya, Sao Tome və Prinsipi, Zambiya.

Dəvət olunmayanlar sırasında Azərbaycanla yanaşı, Türkiyə, Rusiya və Çin də var. Bu isə bir daha ondan xəbər verir ki, burda əsas götürülən demokratik ləyaqət məsələsi yox, Amerika Birləşmiş Ştatlarının zövqüdür. İnsaf da yaxşı şeydi axı. Əfqanıstanı bu günə sal, sonra da de ki, sən demokratik deyilsən və dəvət etmirəm Nigerlə bir pyedstala. Gülməli deyil?

Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı dəvət etmə, amma Malavi, Mavrikini demokratiya dəyəri say. Sonra da deyirlər ki, ən böyük bişmiş toyuq istehsal edən ölkə Birləşmiş Ştatlardır. Olar da. Axı ən, ən, ən ağıl ucqarında yaşayanlara da aydındır ki, bura əsl xristian klubuna bənzəyir. Bu, demokratiya sammiti deyil, bölücülük tədbiridir. Bayden bu bölücülük kursunu Cənubi Qafqaza da müncər edir. Və Cəmil Həsənli, Qubad İbadoğlu kimilər fəsiləsi, buğumayaqlılar tipi ona görə özünü o siyahıda görür.

Yaxud “viaypi” kimi səslənən partiyanın hövzə səviyyəli lideri Əli Əliyev. Onun bu yaxınlarda etdiyi çıxışdan bir-iki cümlə təqdim edirəm. Düşünürəm ki, adam Azərbaycanla Liviyanın adını təsadüfən qoşa çəkmir.

Bax, mən buna görə təkrar-təkrar bildirirəm ki, iqtidarla yox, dövlətlə müxalifətçilik edənlərin ciddi kurslara, treninqlərə, təlimlərə, mühazirələrə ehtiyacı var. Liviya gənci e.

Tarix
2021.11.21 / 22:56
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla