Yuxarı

Bakının sanksiyalarsız İranla bağlı - Planları

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının sanksiyalarsız İranla bağlı - Planları

"Azərbaycanla İranın münasibətləri siyasi planda olduqca mürəkkəbdir. Bakı Qərblə yaxşı münasibətlərə malikdir, həmçinin İsraillə əməkdaşlıq edir. Bu heç vaxt İranın xoşuna gəlməyib. Lakin Qafqazda və Xəzərdə qonşu olan hər iki ölkə münasibətlərinin yaxşı olmasında maraqlıdırlar".

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Şərqşünaslıq İnstitutunun əməkdaşı, siyasi ekspert Vladimir Sajin deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramı üzrə Qərblə sazişin bağlanmasından sonra ona qarşı sanksiyalar yumşalmağa başlayıb.

"Bu Azərbaycana İranla yeni iqtisadi əməkdaşlıqlar yaratmağa imkan verəcək. Əgər biz iqtisadiyyatdan danışsaq, hər iki ölkənin neft, qaz, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığa ehtiyacı var. Bu istiqamətdə iki ölkə üçün böyük perspektivlər görünür. Azərbaycan bu amildən istifadə edərək iqtisadi əlaqələrini genişləndirmək niyyətindədir. Həmçinin, Bakı ABŞ, Qərbi Avropa və İranla sakit formada əməkdaşlığını genişləndirəcək", - deyə ekspert bildirib.

V. Sajin İranın Azərbaycanın enerji layihələrinə qoşulmasını da istisna etmir: "Bu, tamamilə mümkündür. Xüsusilə elektrik enerjisi mübadiləsi aparıla bilər".

Qeyd edək ki, dünən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub. Rəsmi məlumata görə, səfər zamanı Azərbaycan İrana neft və qazını Avropa bazarlarına ixrac etmək üçün mövcud infrastrukturundan istifadə etməyi təklif edib. Həmçinin, iki ölkə arasındakı iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tarix
2015.08.05 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla