Yuxarı

Yaqublu şou göstərəndə Avropada bu müzakirə gedirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq öz əziz-giramıları ilə vidalaşarkən xalqa qarşı cəbhə təşkil edənlər yenə öz çarıqlarındaydılar.

Bakının, bütün Azərbaycanın 14 müqəddəs üçün dua etdiyi bir gündə Əli Kərimli və güruhu 50 nəfərlik bir heyətlə portmanatı, pulqabısı hesab etdiyi, dünən pulunu, bu gün əqidədaşı saydığı Saleh Rüstəmovun adına mitinqə cəhd göstərdi. Ona inanan bir ovuc adamı küçələrə çağıran, icazəsiz aksiyaya təhrik edən Əli Kərimlinin özü isə Pirşağıdakı bağına sığındı. İnanın ki, internet resurslarında üzü-gözü şişmiş Tofiq Yaqublunun siması övladlarını, atalarını, oğullarını itirənlərin ağlamaqdan şişmiş gözlərinə heç oxşamadı. Heç olmasa, belə uca günlərdə alçaqlıq etməyək! Ucalardan allahla bir yerdə şəhidlər də baxır. Ayıbdır!

Mövzuya bir gün sonra yenidən qayıtmalı olduq. Çünki soyuqqanlı beyinlə dərk etmək doğrudan da çox çətindi. Sənin, xalqının, dövlətinin başına 14 say-seçmə övladının itkisi boyda bəla gəlir, hamı qan-yaş tökür, və elə bu xalqın içindən çıxan, bu dövlətin içindən düşən beş-on qaragüruh damcısı qəssab kimi pay axtarışınına çıxıb... Bu reportajın adını mən belə qoymuşdum. Qara Qutu və Tofiq Yaqublunun gözləri. Hər ikisi açılacaq və hər şeyi biləcəyik!

Nə, kim və hansı daha çox ayıbdı? Günün, daha doğrusu, vicdanın sualı!

Əvvəlcə bu kadrlar: Önümüzdə nəhəng bir xalq var. Qarşısında 14 şəhidinin 14 tabutunu 14 ədəd “Quran-i şərif” kimi qoyaraq dua oxuyan, başını dik tutan xalq.

...Və şəhidlərini xalq boyda ağlayaraq, sızlayaraq, üzülərək yola salan millətin dəfn mərasimi ilə eyni zamanda, eyni məkanda siyasi iddiası, hikkəsi, kini, küdurəti ilə Fontanlar meydanında fəvvarə vuran bir ovuc güruh tikəsinə baxaq. Telekanalları-xalqın matəm saxladığı günlərdə konsert, şou göstərməkdə ittiham edən həvəskar efir sanitarları, maraqlıdır, nə əcəb icazəsiz mitinq cəhdini qınamırlar?! Məgər bu mitinq cəhdi şou, konsert deyil?

Daha çox nə ayıbdır: hansısa Saleh Rüstəmov uğrunda küçəyə özünü açıb buraxmış hansısa Tofiq Yaqublunun döyülməsi, yaxud xalqın ağır və ağrı günündə icazəsiz mitinq keçirməyə cəhd?

Hansı daha böyük qəbahətdir?

Və bu ilk dəfə deyil. Xalqın dərd və hüzn günlərində, şəhidlər yad edilərkən qaragüruhun, siyasi cahiliyyənin tör-töküntüləri belə yaddaş rəqəmləri, şəhidlərin xatirəsi ilə manipulyasiya edirlər. Polisi qarşıdurmaya təhrik edirlər.

Qaragüruh təkcə matəm yox elə bayram tarixlərini də qarşıdurma üçün fürsətə çevirir. Məsələn, 28 may bayramı - Müstəqillik günü.

Fəal Tofiq Yaqublunun da qatıldığı icazəsiz aksiyanın keçirildiyi 1 dekabr da sıradan gün deyil. Bu ilk növbədə Laçının işğaldan azad olunduğu tarixdir. O Laçının ki, 1992-ci ilin mayında Əli Kərimlinin də daxil olduğu müxalifətin tabeçiliyində olan hərbi-siyasi qruplaşmaların birbaşa iştirakı ilə ermənilər tərəfindən işğal olunmuşdu. Laçının müdafiəsini təşkil etmək, ermənilərə zərbə endirməli olan qüvvələr, hərbi texnika və silah-sursatı cəbhədən çıxararaq Bakıya, hakimiyyəti devirməyə tankla, topla gəlmişdilər.

Və bu il, dekabr ayının 1-ni hamıdan əvvəl Kərimli kimilər dəstəsi də daxil olmaqla, Laçın xəyanətində əli olanlar qeyd etməliydi. Ona görə ki, Ali Baş Komandanın başçılığı ilə ordu və xalq təkcə Laçını əsarətdən yox, 92-ci ilin məğlubiyyətinin bu müəlliflərini də xəcalətdən qurtarmışdılar.

1 dekabr həm də Qaraheybət poliqonunda qəzaya uğramış helikopterin şəhidlərinin ümumxalq vida mərasimi ilə bağlı tarixdir. Bu iki tarixdən itələnərək təxribata təhrik etməyin bir plan, düşünülmüş kombinasiya olduğunu ehtimal etmək olar. Uzun müddətdir ki, müalicə-bərpa proseslərinə cəlb edilən Oqtay Güləliyevin qəflətən vəfat etməsi barədə xəbərin yayılması da boş yerdən deyildi. Diqqət yetirək: cəmiyyət ruhundan qan daman 14 şəhidinin dərdini çəkir, şəhid körpələri başlarını ata tabutuna sıxıb göz yaşı tökür, cəmiyyət emosionallığının pik həddindədir, sosial şəbəkələrin aşıqları alçı durub, çiçəyi qanla çırtlayır, avamlıqları ilə fındıq qıran virtual fəallar bulanıq suda internet toru atıblar, kim düşdü-düşdü...

Həbsxanada hətta az qala ölüm aclığı apardığı, belə getsə, keçinəcəyi deyilən Saleh Rüstəmovun aksiyalar, hakimiyyətə təzyiqlər vasitəsilə azad edilməsi qaragüruhun əsas hədəfidir. Hətta hakimiyyət dəhlizlərinə çıxışı olan bəzi ciddi fiqurların belə Saleh Rüstəmovun azad edilmə ehtimalını mümkün hesab etməsi təzyiq müəlliflərini ürəkləndirib. Vaxt da xüsusi seçilib. Deməli: müdhiş helikopter qəzasını dövlətin əleyhinə istifadə edən sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, artıq bu fakta görə hakimiyyətə lazımi qədər nifrət tədarük ediblər. Cəmiyyət hazırdır.

Saleh Rüstəmovun yeni obrazı da baş tutub. Əmindirlər ki, onun istintaq orqanlarına könüllü, məhz könüllü verdiyi etiraf dolu bu ifadələr artıq yaddan çıxıb.

Beləliklə, Saleh Rüstəmovun kimi və nə üçün maliyyələşdirdiyi, ümumiyyətlə həbsinin əsas səbəbləri yəqin ki, unudulub. Və onu daha Birinci Qarabağ müharibəsinin qazisi tək təqdim etmək olar. Saleh uğrunda aksiya keçirmək qərarının müəllifinin, tapşırıq verəndən dərhal sonra Pirşağıya bağ evinə qaçan Əli Kərimlinin iradəsini Tofiq Yaqublu yerinə yetirir. Yaqublu üzərində də məxsusi dayanılıb. O da cəmiyyətə Birinci Qarabağ müharibəsinin qazisi tək təqdim olunur. Bir tərəfdən də 14 şəhidin dəfn mərasimi döyüşçü, qazi mövzusunu cəmiyyətin gündəmi edib və Tofiq Yaqublunun qazi keçmişi şüura sızdırılır. Həm də Tofiq Yaqublunun özü meydanda bir şəxsi nümunədir: Unutmayaq ki, o, aclıq aksiyası vasitəsilə nəticə əldə edib.

Bir sözlə, küçələrə çıxmaq olar. Hər şey yaxşı alınsa, şəhid və qazi ailələri də onlara qoşula bilər.

Tofiq Yaqublunun döyülməsi faktı da ustalıqla istifadə edilir. Hətta bəzən adama elə gəlir ki, bu əməliyyatı elə qaragüruh özü təşkil edə bilərdi. Niyə? Ona görə ki, Laçının işğaldan azad edilməsi tarixi ilə, şəhid dəfniylə məşğul olan hakimiyyətə Tofiq Yaqublunun belə eybəcər şəkilə salınması lazım olmamalıdır. Amma qaragüruha gündəmdə olmaq lazımdır. İkinci Qarabağ müharibəsində tarixi qələbə haqda susulur, ordumuzun imicinə birbaşa zərbə sayıla biləcək hadisələr qabardılır. Amma bütün bunlar kifayət etmir. Deməli, başqa bir bəhanə, bəlkə elə Tofiq Yaqublu kimi siyasi avamın, nə üçün istifadə edildiyini başa düşməyən birinin ölümü lazımdır. Vəziyyəti qarışdırmaq üçün. Oqtay Gülalıyevin yalandan ölüm xəbəri də dekabr ayının 1-də elə belə yayıla bilməzdi. Və bir müddət əvvəl Niyaməddin Əhmədov üzərindən - Əli Kərimlinin mühafizəçisi olmuş, azadlıq deyə-deyə öz azadlığından da bu qapona görə məhrum olmuş gənc vasitəsilə gündəmi dəyişməyə çalışan qruplaşmanın cəhdləri iflasa uğradı. Yeni bəhanə lazımdır. Diqqətli tamaşaçı hiss etməmiş olmaz ki, Saleh Rüstəmov mövzusu Niyaməddin mövzusunun yerinə yavaş-yavaş daxil olub məhz o mövzunu əvəzlədi. Fikir verirsinizsə, hər şey ustalıqla təşkil və idarə edilir: Oqtay Gülalıyevin dırnaqarası vəfatı, Saleh Rüstəmovun ac mədəsi, Tofiq Yaqublunun ac gözləri...

Və nəhayət: Niyə Tofiq Yaqublunun bu şəkilə salınmasının müzakirəsi - hadisəni dövlətin etdiyinə eyham və ittihamla aparılır. İnternet resurslarında Tofiq Yaqublunun bütün xalqın bir dəqiqəlik sükut zamanındakı icazəsiz şouya cəhd qəbahətini “ay aman qoymayın” əzabkeşliyi əvəz edib. Axı ictimai qınaq tələb edir ki, deyilsin: Tofiq Yaqublu və başına yığılanlar, məhz xalqın şəhidləri yola saldığı gün xuliqanlıq etməməliydiz! Konsert verməməliydiz! Şou göstərməməliydiz! Canını könüllü olaraq şəhadətə verən 14 döyüşçümüzün gözünə hansısa “ya istədiyimi ver, ya da özümü öldürrəm!” deyə dövlətə təzyiq edən birisini qatmamalıydız. İcazəsiz aksiya keçirməməliydiz. Qara Heybət daha qəza poliqonunun adı deyil. Qara və Heybətli sizsiniz!

Dövlət Tofiq Yaqublunun qapanmış gözlərini açacaq. Mütləq açacaq və o gözlərdən çox şey görünəcək. Gör nəylə başımız qatılır, qara qutunu açmaqla məşğulkən Tofiq Yaqublunun gözlərini açmalı olursan... Açaq. Onsuz da açılacaq!

Etiraf edim ki, həmin gün operativ təhlil verdiyimdən bəzi çox mühüm hadisələr o anda yadıma düşməmişdi. Amma bir az vaxtımız oldu. Baxdım ki, ortada mənim düşündüyümdən daha geniş miqyaslı bir təxribat varmış. Məsələn, icazəsiz aksiyanın keçirildiyi gün Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun 13-cü Assambleyası da gedirmiş. Bakıda mitinqə cəhd mövzusunu, Tofiq Yaqublunun döyülməsi məsələsini heyrətamiz bir çevikliklə, tələskənliklə orda da qaldırıblar. İlqar Hüseynli adlı birisi bu tədbirdə, Qubad İbadoğlu adlı özgəsi isə başqa bir tədbirdə Bakını ittiham hədəfinə çevirib. Assambleya 15 dekabr sammitinə məhz bu məsələ ilə bağlı təkliflər hazırlayacaq. Özü də bilirsiniz nə vaxt ediblər dırnaqarası “bizimkilər” bu çıxışı? Məhz o vaxt ki, erməni milli platformasının rəhbəri çıxış edir və Azərbaycanı Ermənistanın suveren ərazilərini işğal etməkdə, Qarabağda mülki əhalini məhv etməkdə, 100-dən artıq erməni əsirini saxlamaqda və onlara işgəncə verməkdə günahlandırır. Həm də təklif edir ki, 15 dekabr sammitində bu mövzu müzakirə olunsun. Bilmək istəyirsiz bizim milli platformanın rəhbərinin çıxışı nəyə həsr olunub: Azərbaycanda repressiyalara! “Mən Belarusa qibtə edirəm. Avropa İttifaqı onlara sanksiya tətbiq edir, amma Azərbaycanla bağlı sadəcə narazılıq ifadə edir...”

Və ya, tədbirin moderatoru sual verir: Qarabağ döyüşlərində cihadçılar iştirak edibmi? Ermənilər təbii ki, cavab verirlər: bəli, edib! Bəs bizim cavabımız? Bizim milli platformanın rəhbəri sadəcə susur! Ya da Bakıdakı son kadrı mənim yadımda sanuzeldə alma yeməsilə qalan Leyla Yunusun drijor çubuğu, yaxud uçuş süpürgəsilə qrant davası edir. Əvəzində Tofiq Yaqublunun gözlərini çıxarırlar müzakirəyə...

Tarix
2021.12.05 / 23:04
Müəllif
Mir Şahin
Digər xəbərlər

Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?

Ukraynada 7 trilyonluq sərvət var, müharibə ona görədir

Paşinyan “O olmasın, bu olsun”u dinlədi - Video

Rusiya XİN-dən “3+3” platforması ilə bağlı açıqlama

Əli Əsədov yeni qərar imzaladı

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşdü

ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?

Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək

Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?

Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla