Yuxarı

Bakıda səs-küylü qətl: Prokurorluq hərəkətə keçdi – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda səs-küylü qətl: Prokurorluq hərəkətə keçdi – Foto

Paytaxtın Sabunçu rayon Prokurorluğu mebel ustasının səs-küylü və müəmmalı ölüm işi ilə bağlı hərəkətə keçib.

Axar.az-ın xəbərinə görə, Bakıxanov qəsəbəsindəki mebel sexlərinin birində usta işləmiş Füzuli rayon sakini Coşqun Məmmədovun iyulun 28-də işlədiyi yerdə ürəyindən bıçaqlanması faktı üzrə iki versiya araşdırılır.

C.Məmmədovun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (intihar) cinayət işi açılsa da, digər ehtimal – intihar həddinə çatdırma da istintaqın araşdırma predmetidir.

İşi araşdıran müstəntiq Turan Abbasov Axar.az-a bildirib ki, yaxınlarının C.Məmmədovun ölümündə ittiham etdiyi Füzuli rayon sakinləri - Cəlal və Azad Hüseynzadələrin mərhumu intihara təhrik etməsi tədqiq olunur.

Müstəntiqin sözlərinə görə, istintaq davam edir və nəticəsini gözləmək lazımdır. C.Məmmədovun qohumları isə Baş Prokurorluqda qəbulda olub və istintaqın obyektiv araşdırılmasını istəyiblər.

Onlar prokurorluqda bildiriblər ki, Azad Hüseynzadə Füzuli rayonunda imkanlı şəxslərdən biridir, geniş biznes imkanları var və istintaqa müdaxilə edə bilər.

Füzuli rayon Horadiz qəsəbə sakini Cəmil Cəlilzadə saytımıza bildirmişdi ki, dayısı Coşqun Məmmədovun ölümünə baiskar Cəlal və atası Azad Hüseynzadələrdir. Onun dediyinə görə, iyulun 2-də Cəlal dayısına mebel sifarişi verib və 5 min manat ödəyib. Sonra Cəlal və atası ustanı işi yubatmaqda günahkar bilərək pulu geri tələb edib, ona təzyiq göstərib, hətta bir gecə girov saxlayıblar.

Cəmil qeyd etmişdi ki, məhz girov saxlandığı gecənin ertəsi axşam saatlarında Cəlalla sexə gələn dayısını sexdə ürəyindən bıçaq vurulmuş vəziyyətdə görüb. Onu xəstəxanaya yerləşdirsələr də, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun qardaşı Qoşqar Məmmədov isə Coşqun Məmmədovun sifarişlə öldürülməsi versiyasını da istisna etməmişdi (Ətraflı BURADA).

Tarix
2015.08.11 / 09:37
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla