Yuxarı

“Jvaniya azərbaycanlı qubernatorla görüşə gizli getmişdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Jvaniya azərbaycanlı qubernatorla görüşə gizli getmişdi”

Mən Zurab Jvaniyanın ölümünə üç il qalmış müntəzəm olaraq onun üçün konspirativ mənzillər kirayələyirdim.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniyanın mühafizəçisi Mixail Dzadzamiya məhkəmədə çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Jvaniya ona müxtəlif şəxslərlə görüşdüyü yerin yaxınlığına gəlməyə icazə vermirdi:

"O mənə kimlə görüşdüyünü xəbər vermirdi. Jvaniya konspirativ mənzillərə gedəndə maskalanırdı ki, heç kim onu tanımasın. 3 fevral 2005-ci ildə mən keçmiş baş nazirin əmri ilə Saakadze meydanında yerləşən mağazadan yemək və içməyə bir neçə şey aldım. Bundan sonra onu Sabutalinsk küçəsinə apardım. Ora Raul Yusifov da gəlmişdi. Mən özüm süfrəni hazırlayıb, qızdırıcını qoşdum. Bundan sonra mənzili tərk etdim. Geri dönəndə gördüm ki, otaqda televizor söndürülüb. Yalnız bu görünürdü. Maşına oturub Raula zəng etdim. Mən ona deməliydim ki, telefonum sönür və əgər tez çıxacaqlarsa, onları burada gözləyim. Yenə də təkrar edirəm, mənim orada dayanmağım tamamilə qadağan edilmişdi".

Xatırladaq ki, Zurab Jvaniya Kvemo Kartli qubernatorunun müavini azərbaycanlı Raul Yusifovla birlikdə 3 fevral 2005-ci ildə Tiflisin Saburtalinski küçəsində yerləşən mənzildə dəm qazından zəhərlənərək həlak olmuşdu. Rəsmi Tiflis hələ də onların ölümünün tam səbəbinin nə olduğunun aydınlaşdırılmadığını bildirib. Bəzi mənbələr hər iki siyasətçinin öldürüldüyünü iddia edib. Yusifovun ölümündən bir müddət sonra atası Yaşar Yusifov açıqlama verərək, Tiflisin rəsmi mövqeyini təkzib etmiş və oğlunun Saburtalinski küçəsində heç vaxt mənzilinin olmadığını vurğulamışdı. Jvaniyanın qardaşı isə mənzildə ölən hər iki şəxsin əl izlərinin aşkarlanmadığını qeyd etmişdi. Bu məqam onların başqa yerdə öldürüldükdən sonra bu mənzilə gətirilməsi versiyasını meydana çıxarırdı. Sonrakı günlərdə müxtəlif gürcü siyasətçilər Jvaniyanın öldürüldüyünü və ölümdə Saakaşvilinin günahkar olduğunu söyləmişdilər.

Tarix
2015.08.15 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla