Yuxarı

Elçin Behbudov: "Mədət Quliyev məhbuslara işgəncə verdirir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçin Behbudov: "Mədət Quliyev məhbuslara işgəncə verdirir"

"Mənə saxlanma şəraiti və vəziyyəti ilə maraqlanmağım üçün müraciət edən məhbuslara işgəncə verilir".

"Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, bunu açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib.

Hüquq müdafiəçisi iddia edib ki, bu məsələdə maraqlı şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevdir:

"Mədət Quliyev mənə müraciət edən məhbuslara işgəncə verdirir. Artıq üç ilə yaxındır ki, haqlı tənqidimə görə, Mədət Quliyevin göstərişi ilə mənə cəzaçəkmə müəssisələrində monitorinq aparmağa məhdudiyyət qoyulub.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin cəzaçəkmə müəssisələrində monitorinq aparmasına qadağa qoymasına nə ad vermək olar? Onlar cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı işgəncə və qeyri–insani rəfdarı gizlədirlər. Hazırda biz bu cür təzyiqlərə məruz qalan insanlarla görüşə bilmirik. Buna da Mədət Quliyev tərəfindən göstəriş verilib".

E. Behbudov bildirib ki, göstərişə əsasən onun rəhbərlik etdiyi təşkilata müraciət edən məhbuslar cərimə otaqlarına salınaraq incidilirlər: "Artıq bu faktla bağlı bir neçə məhbusun ailə üzvləri mənə müraciət ediblər".

Hüquq müdafiəçisi vurğulayıb ki, Penitensiar Xidmətindən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə qarşı qoyulan qadağanın aradan qaldırılması üçün Ədliyyə Nazirliyinə dəfərlərlə müraciət edib. Bu qurumdan da ona qaneedici cavab verilməyib.

Tarix
2014.01.11 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya kansleri İlham Əliyevi belə qarşıladı

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Bakıda 31 məktəbdə yeni model: repetitorluq bitir?

Azərbaycanda yeni statistika ciddi narahatlıq yaratdı

Prezidentlərin təkbətək görüşü keçirildi - Foto

İlham Əliyev ÜDM-i 5 trilyon dollar olan ölkədə...

Mətbuat dövlətçilik maraqlarının qorunmasında önəmli vasitədir

Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəriyə gəlirlər

İlham Əliyev Belçika Kralını təbrik etdi

İlham Əliyev Endi Börnhemi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla