Yuxarı

İlham Əliyev Mixail Mişustinlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Mixail Mişustinlə görüşdü - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub.

Axar.az xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş olub.

Görüşdə Mişustin bildirib ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə Moskva ilə Bakı arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.

Rusiya hökumətinin sədri pandemiyaya baxmayaraq, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın gücləndiyini də qeyd edib. O, kənd təsərrüfatı, infrastruktur, bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq üçün böyük potensialdan danışıb. Mişustinin sözlərinə görə, Moskva rusiyalı sahibkarların Azərbaycanda biznes missiyalarının davam etdirilməsində maraqlıdır.

Baş nazir, həmçinin iki ölkənin koronavirusa qarşı birgə mübarizə apardığını da xatırladıb, Rusiyanın Azərbaycana test sistemləri ötürdüyünü, 220 min dozaya yaxın vaksin tədarük etdiyini və həkim briqadaları göndərdiyini qeyd edib.

Öz növbəsində İlham Əliyev bildirib ki, onun Moskvaya səfəri Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər tarixində qalacaq.

Dövlət başçısı iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafına göstərdiyi şəxsi diqqətə görə Mişustinə təşəkkür edib.

Prezident əmin olduğunu bildirib ki, ikitərəfli ticarətdə artım potensialı tükənməyib və onun artması üçün ilkin şərtlər var. “Bu şərtlər ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı zəmin yaradır”, - İlham Əliyev əlavə edib.

İmzalanan bəyannamədən danışan Azərbaycan Prezidenti bunu ikitərəfli müqavilə-hüquq bazası portfelində xüsusi sənəd adlandırıb.

"Əminəm ki, bu, ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək”, - deyə Azərbaycan lideri bildirib.

Tarix
2022.02.22 / 23:19
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla