Yuxarı

Kəmaləddin Heydərov Türkiyə səfiri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Türkiyə səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov avqustun 25-də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunu qəbul edib.

Axar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə nazir Kəmaləddin Heydərov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyətini başa vurmuş keçmiş hərbi attaşesi, general-leytenant Hasan Nevzat Daşdələrin iki qardaş ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə verdiyi töhfəni xüsusi olaraq vurğulamış, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir İsmayıl Alpər Coşqun Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki yeni hərbi attaşesi, general-mayor İhsan Başbozkurtu təqdim edib.

Fövqəladə Hallar naziri bildirib ki, qardaş Türkiyə Respublikasının müvafiq dövlət qurumları ilə fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələrin daha da gücləndirilməsi üçün geniş perspektivlər mövcuddur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2015.08.25 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla