Yuxarı

Xocalı qətliamında əli olan 366-cı alay Ukraynada məhv edilib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı qətliamında əli olan 366-cı alay Ukraynada məhv edilib?

Sosial şəbəkələrdə keçmiş sovet ordusunun 366-cı motatıcı alayının Ukraynada məhv edildiyi bildirilir. Ukraynada rus hərbi hissələri məhv edilə bilər, bunun Xocalı qətliamında əli olan 366-cı motoatıcı alayla bağlılığı yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, alayın ləğvindən 29 il keçib:

“Hadisələri izləməyən insanlar ictimaiyyəti yanlış istiqamətə yönləndirirlər. 1992-ci il Xocalı hadisəsindən sonra ermənilərin işğalçılıq fəaliyyəti 366-cı alayın silahlarının hesabına daha da genişləndi. Həmin alayın texnikasının bir hissəsini Seyran Ohanyan götürdü, ruslara vermədi. Digər hissəsini isə alay Qarabağdan çıxarkən Ohanyanın ətrafındakılar yolu kəsib aldılar”.

Ə.Verdiyevin sözlərinə görə, ermənilərin texnikaları verməmələri səbəbindən ruslar Gəncədəki 103 və 104-cü paraşüt desant qüvvələrini qoşunların təhlükəsizliyini təmin etmək üçün göndərmişdi:

“Sonradan köməyə gedən bir helikopteri də ermənilərə verdilər, o texnikaları da satdılar. Rus əsgərlərini çıxarıb Gəncəyə gətirdilər, oradan isə Gürcüstanda rusların Vaziani hərbi bazasına göndərdilər. Orada 366-cı alayı ləğv edib, heyəti payladılar. Onsuz da alayın texnikası qalmamışdı”.

Ekspert deyib ki, hərbi hissə ləğv olunursa, artıq onun qalıqlarından söhbət gedə bilməz:

“Məntiqlə düşünsək, 30 il əvvəl orada hərbi hissə komandiri 40-50 yaşında biri olub. 30 il sonra onun orduda nə işi var? Əsas alayın nömrəsidir. Hərbi hissənin döyüş yolunun tarixçəsini onun nömrəsi ilə yazırlar. Amma Xocalı hadisələrindən 1 ay sonra 366-cı alay ləğv olundu”.

Tarix
2022.03.18 / 17:10
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

Azərbaycan və Özbəkistan XİN başçıları danışdı

Azərbaycanla tarixi uğura imza atdıq - Kobaxidze

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla