Yuxarı

Azərbaycanda yeni telekanal açılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni telekanal açılır

Azərbaycanda yeni telekanal və radio fəaliyyətə başlayır.

Axar.az Milli Televiziya və Radio Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün bununla bağlı qurumun iclası keçirilib. İclasda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı və "CBC Sport" MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərə baxılıb.

Milli Televiziya və Radio Şurası tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq dövlət yayımçısı kimi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində ümumrespublika radio yayımı və "CBC Sport" MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, iclasda yayım tezliklərindən səmərəli istifadə edilməsi ilə bağlı məsələ müzakirə edilib və dövlət yayımçılarının və özəl yayımçılarının müvafiq olaraq 37, 48 MHs yayım tezliklərində yerləşdirilməsi barədə qərarlar verilib.

Tarix
2015.09.08 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla