Yuxarı

Erməni general Şuşadan niyə qaçdı? – Avinyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ müharibəsi dövründə İrəvana məlumat verirdilər ki, hər şey normaldır, amma əslində vəziyyət tamamilə başqa cür idi. Bəzi səbəblərə görə real məlumat hakimiyyətə ötürülmədi. Şuşada da vəziyyət belə idi.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin sabiq Aparat rəhbəri Tiqran Avanyan yerli KİV-in suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, o zaman Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Şuşanın “müdafiəsi ilə bağlı” görəvləndirilmişdi:

"Seyran Ohanyandan ora dislokasiya olunmuş qruplara xəbər vermədən noyabrın 5-də axşam niyə qaçdığını soruşmaq lazımdır. Düşünürəm ki, o, İrəvan meydanlarında Qarabağı "xilas etməzdən" öncə həqiqəti yada salmalı, onun məsuliyyəti altında olan əməliyyatın niyə baş tutmadığını və niyə meydandan qaçdığını ictimaiyyətə aydın şəkildə izah etməlidir", – deyə Tiqran Avinyan bildirib.

Qeyd edək ki, İrəvanda Baş nazir Paşinyan əleyhinə aksiyalara Seyran Ohanyan da qoşulub.

Tarix
2022.05.11 / 09:13
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla