Yuxarı

Ölkəmizə gələn hindistanlıların sayı arta bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizə gələn hindistanlıların sayı arta bilər

Hindistandan Azərbaycana yaxın aylarda çoxlu turistin gəlməsi gözlənilir.

Axar.az xəbər verir ki, bunu Report-a Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar bildirib.

Onun sözlərinə görə, Hindistandan Azərbaycana son üç ayda 3,6 min turist gəlib:

“2019-cu ildə Azərbaycana 67 min Hindistan turisti səfər etmişdi. Azərbaycan Hindistan üçün maraqlı destinasiyadır, əfsus ki, ölkələr arasında birbaşa aviareys yoxdur.

Pandemiya dövründə birbaşa aviauçuşlar həyata keçirilmədi. Ola bilər ki, bəzi aviaşirkətlər Azərbaycan tərəfi ilə birbaşa reyslərin açılması ilə bağlı danışıqlar aparıb. Aviareyslər açılsa, turist axını daha da artar. Biz ölkələr arasında birbaşa aviareyslərin açılmasında maraqlıyıq. Bu, turizmə, insanlar arasında əlaqələrin inkişafına, biznes əlaqələrinin genişləndirilməsinə xidmət edir”.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 1,9%-i Hindistan vətəndaşı olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 18,4 dəfə artıb.

Tarix
2022.05.25 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla