Yuxarı

Njde meydanında “revanşist sürüsü”nə baxın – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı təşkil edilən aksiya bu gün faşist Qaregin Njdenin adını daşıyan meydanda baş tutub.

Axar.az xəbər verir ki, daha sonra Njde meydanından Fransa meydanına yürüş edən iştirakçılara rəhbərlik edən müxalifətdən olan vitse-spiker İşxan Saqatelyan bir daha beynəlxalq ictimaiyyətə mesaj yollayıb. O, konkret olaraq Ermənistanın Azərbaycanla imzalayacağı müqaviləni deyil, hazırkı iqtidarın bütün beynəlxalq sazişlərinin qüvvədən düşəcəyini bir daha xüsusi vurğu ilə elan edib.

Bəllidir ki, belə bir qüvvənin hakimiyyətə gəlməsində beynəlxalq güclər maraqlı ola bilməzlər. Çünki kimliyindən asılı olmayaraq, hətta çevrilişlə hakimiyyətə gələnlər belə beynəlxalq öhdəliklərə əməl edəcəklərini bəyan edirlər ki, dövlətlərin dəstəyini alıb, legitimlik əldə etsinlər. Belə görünür ki, erməni müxalifəti hakimiyyətə gələ bilməyəcəyini hamıdan yaxşı bilir.

Aksiya iştirakçılarının sayına diqqət edin (video təqdim edilir): bu say hakimiyyəti ələ keçirmək üçün müxalifətin xalqın dəstəyini qazanmadığının göstəricisidir. Amma sayları hər keçən gün daha da azalsa da, müxalifət aksiyalara davam edir və beynəlxalq dəstəkdən də özünü açıqlamaları ilə məhrum edir.

Görünən odur ki, müxalifətin məqsədi Paşinyanı devirmək yox, hazırkı hakimiyyətlə razılaşdırılmış şəkildə siyasi prosesləri idarə etməkdir. Bu aksiyaların hədəfi əslində sülh sazişi və sərhəd delimitasiyası üçün edilən təzyiqlər qarşısında mümkün qədər müqavimət göstərmək və daha “güclü” mövqedən çıxış etmək üçün Nikol Paşinyana dəstək verməyə hesablanıb. Təsadüfü deyil ki, Paşinyan üçtərəfli görüşlərdən sonra bu “təzyiqlər” qarşısında ölkə daxilində hər dəfə tam fərqli bəyanatlarla çıxış edir və “status” məsələsi, o cümlədən artıq mövcud olmayan Minsk Qrupu ideyasından əl çəkmədiyini ifadə edir.

Hər zaman “xalqın iradəsindən” çıxış etdiyini göstərməyə çalışan Paşinyan növbəti diplomatik məğlubiyyətin nəticəsindən qaçmaq üçün bu variantlara son ümid kimi baxır.

Guya “revanş” tələb edənlərin sırasında İkinci Qarabağ savaşı zamanı Xankəndidən İrəvana qədər qaçanların çoxluq təşkil etməsi də sübut edir ki, burda məqsəd sadəcə müharibənin Ermənistan üçün nəticələrini yumşaltmaq, danışıqlarda güzəşt əldə etməyə çalışmaqdan başqa bir şey deyil.

Bu oyunun nə qədər davam edəcəyi bəlli olmasa da, prosesdə bəlli güclərin əlinin olduğu aydındır. Ötən gün ABŞ səfiri Treysinin, bu gün isə Rusiya səfiri Kopırkinin Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə, xüsusilə nəqliyyat dəhlizlərinin açılması gözlənilən Zəngəzura səfərləri və burda yerli qurumlarla görüşlər keçirmələri, Kopırkinin bir az da irəli gedərək, sərhəd məntəqələrinə baş çəkməsi və Ermənistan sərhədlərini qoruyan rus sərhədçiləri ilə görüşməsi diqqətdən yayınmır.

ABŞ səfiri Zəngəzurdakı görüşlərində qrantlardan, əvəzsiz yardımlardan və investisiyalardan danışırsa, Rusiya səfiri sərhədçilərlə sərhəddəki vəziyyəti müzakirə edir.

Bütün dünyada toqquşan, bir-birinə sanksiyalar tətbiq edən ABŞ və Rusiyanın Ermənistandakı səfirlərinin eyniməqsədli səfərləri düşündürməyə bilməz.

Tarix
2022.05.25 / 22:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla