Yuxarı

Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi

Sosial şəbəkələrdə avtomobilləri arxadan çəkən və guya sürət həddinin pozulmasını müəyyən edən cihazlarla bağlı görüntülər yayılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a bildirilib ki, görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil. Sözügedən elektron cihaz yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur:

"Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır və bu məlumatlar yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir.

Qeyd olunan qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur".

Qeyd edək ki, "Beton yol" kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb.

Sosial şəbəkələrdə yolda yeni quraşdırılan radarlar digərlərindən fərqli olaraq avtomobili ön tərəfdən deyil, arxadan çəkdiyi iddia olunub.

Tarix
2026.08.11 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tibb müəssisəsinə yeni baş həkim təyin edildi

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla