Ermənistanın Müdafiə naziri
Seyran Ohanyanın ailəsi ətrafında qalmaqallar
böyüməkdədir.
Axar.az xəbər verir ki, Regional Sabitlik və Təhlükəsizlik
Mərkəzinin araşdırma qrupu Seyran Ohanyan və həyat yoldaşı Ruzanna
Xaçatryan barədə indiyə qədər içtimailəşməyən məlumatlar əldə
edib.
Ermənistan mətbuatında yayılan xəbərlərə görə, Ruzanna Xaçatryan
S.Ohanyanın birinci deyil, ikinci həyat yoldaşıdır. Onun birinci
arvadının, yəni 1985 və 1987-ci il təvəllüdlü Artur və Qarikin
anasının azərbaycanlı olması ehtimal olunur. Belə ki, Ohanyanın
1979-1983-cü illər Bakı Ali Hərbi Ümumqoşun Məktəbində təhsil
aldığı və Bakıda ailə həyatı qurduğu bildirilir. Adı bu gün də
mətbuatdan gizlədilən birinci həyat yoldaşı "Yehovanın şahidləri"
təriqətinin "caynağına" keçdikdən sonra uzun müddət onu bu
təriqətdən uzaqlaşdırmağa çalışan Ohanyan buna nail ola bilmir.
Nəticədə Qarabağ faktorunun təsiri ilə münasibətləri daha da
pisləşən ailənin sonu ayrılıqla bitir.
Erməni mətbuatında yayılan başqa bir məlumata görə, müdafiə
nazirinin hazırkı həyat yoldaşı Ruzanna Xaçatryan Ohanyanla tanış
olmazdan öncə qədim peşənin sahibi olub.
Belə ki, həyat yoldaşı ilə Dağlıq Qarabağın "müdafiə naziri"
olarkən tanış olan Ohanyan əxlaqsız qadın olmasına baxmayaraq,
Ruzannaya vurulub və onunla ailə həyatı qurub.
Bildirilir ki, Ohanyandan öncə Ruzannanın Ermənistanda Gips
zavodunun sahibi, iş adamı Hovik Hayrapetyanla da münasibəti olub.
Hovik Hayrapetyanın atası Paylak Hayrapetyanın bildirdiyinə görə,
oğlu Ruzanna ilə 2002-ci ildə Dubay Əmirliyində tanış olub, orada
bir müddət sevgi macəraları yaşayıb, sonra isə birlikdə İrəvana
gəliblər.
Qeyd dək ki, Seyran Ohanyanla Ruzanna Xaçatryan 2003-cü ildə
Dağlıq Qarabağda ailə həyatı qurublar. Onların 2003 və 2006-cı
illərdə Muşeq və Laura adında iki övladı dünyaya gəlib.