Yuxarı

Ruslar “putinləşib”: aclıq, ölüm təsir etmir – Necə olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya qarşı yeganə təsirli sanksiya neft-qaz qiymətlərinin ucuzlaşması, rubla təsir edən yeganə addım xarici şirkətlərin Rusiya bazarından çıxması deyil, tam tərsi, satışlarını artırması ola bilərdi.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarının qısa zaman üçün heç bir təsiri yoxdur:

“Əlbəttə, orta və uzan zaman kəsimində təsirləri olacaq, amma buna 2 il və daha artıq zaman lazım olacaq. Bəs, Ukraynanın 2 il və daha artıq dözmək imkanı varmı?!

Qərb hər şeyi tərsinə edir, çünki post-sovet toplumunu, əsas da Rusiya xalqını çözə bilməyib, hələ də anlamır ki, Rusiya əhalisinin 80%-i elə “putinlərdən” ibarətdir, camaat elə Putin deyəni deyir.

Neftə qarşı sanksiya qoydular – qiymət bahalaşdı, bu gün Rusiya neftini Hindistana və Çinə satır; bəli, təqribən 20-30% daha ucuz satır, amma ən azı 80-90 dollara sata bilir, Rusiyada neftin maya dəyəri isə 10-14 dollar arasıdır.

Qaza qarşı sanksiya qoydular – qazın qiyməti Qərbdə kəllə-çarxa çıxdı, Rusiya necə qaz satırdısa, elə də satır, amma əvvəl (2019-cu ildə) 240 dollara (ortalama) satdığı qazı bu gün (2021-ci ilin sonundan bu günə) 1000 dollara satmağa nail olub.

“Ekonomik Tayms” nəşri yazır ki, yanvar-iyun aylarında Hindistan Rusiyadan neft alışını 50 dəfə (!) artırıb, Ukrayna müharibəsinə qədər Hindistan ümumi istehlak etdiyi neftin cəmi 0,2%-i Rusiyadan alırdısa, indi 11%-ə yaxınını Rusiyadan alır, Çin isə Rusiyadan neft alışını 56% artırıb – nəticədə neftlə, benzin qiymətləri ilə bağlı problem Qərbdə, Avropa və ABŞ-da yaşanır”.

Ekspert vuğrulayıb ki, Qərb şirkətlərinin özləri də primitiv və başaldadıcı sxem qurub pul qazanırlar – neftlə 49% dolu tanker Rusiyadan çıxır, sonra ərəb ölkələrinin birinin limanına daxil olur, orada 51% həmin ölkənin neftini tankerə doldururlar, gəminin nömrəsi və indendifikasiya kodu dəyişdirilir, sonra tam leqal şəkildə o neft Qərbdə satılır:

“Yəni, dünyada heç vaxt pulun və ideyanın qarşısını süni yolla almaq olmur, indi də dar bir çevrə ciddi pul qazanır. Həm də baha neft-qaz dünyada dəb mövzu olan “yaşıl enerjiyə” keçidi stimullaşdırır.

Dünən də G7 ölkələri Rusiyadan qızıl alışına qadağa qoyulması təklifini qəbul etdilər, bu qərarın Rusiyaya 19 mlrd. dollar ziyan vuracağını söyləyirlər – amma yenə səhv hesablayırlar. Rusiya indi qızılı Qərbə deyil, Hindistana satacaq, zatən dünyada fiziki qızılı ən çox alan ölkə Hindistandır. Yəni Rusiya heç nə itirməyəcək, Qərbə satdığı qızılı indi Hindistan və Çinə satacaq – vəssalam.

Müharibədən öncə də dəfələrlə xatırlatmışdım ki, Rusiyanı zəiflətmək üçün onu dışlamaq yox, qucaqlayıb “boğmaq” lazımdır. İndi orta-uzun vədədə Rusiya zəifləyəcək, amma dünya və Ukrayna uzun zaman davam gətirə biləcəkmi – bax, əsas sual budur. Çünki Qərbin ən güclü yeri demokratiya, seçki olduğu kimi ən zəif yeri də məhz seçki və demokratiyadır – dünyada qiymət artımı, inflyasiya, qeyri-sabitlik demokratiyalara zərbə vurur, indiki hakimiyyətləri zəiflədir, növbəti seçkilərdə onların məğlubiyyətinin zəminini hazırlayır. Putin kimi diktatorun isə seçki və demokratiya dərdi yoxdur, ondan bunu tələb edən toplum da yoxdur, ona görə də demokratiyanın “yan təsirlərindən” sığortalanıb vəhşi kimi müharibə aparır, hələ uzun aylar da aparmağa qadirdir. Toplum “putinləşib”, nə iqtisadi itkilər, nə də insan ölümlərinin sayı onlara təsir edir”.

Tarix
2022.06.27 / 14:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla