Yuxarı

Putinin gizli Qarabağ planı reallaşır – Prezidentlərin görüşü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin gizli Qarabağ planı reallaşır – Prezidentlərin görüşü

Moskva görüşü Dağlıq Qarabağla bağlı bir çox məsələlərin müzakirəsində kuliminasiya rolunu oynaya bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan-Türkiyə-Rusiya prezidentlərinin gözlənilən Moskva görüşünü şərh edərkən politoloq Qabil Hüseynli deyib.

Sabiq dövlət müşaviri bu görüşü bir çox önəmli məsələlərin müzakirəsi baxımından nikbin qiymətləndirib:

"Görüş məscid açılışına həsr edilsə də, siyasi məsələlərin müzakirəsi və ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Xüsusilə də Azərbaycan və Rusiya prezidentlərinin görüşünün bu məqamda xüsusi əhəmiyyət daşıdığını müşahidə edirik. Moskvada Qarabağ probleminin həlli ilə bağlı mühüm məsələlərin müzakirəsi ön planda olacaq. Dağlıq Qarabağ hüdudlarından kənarda olan yeddi rayonun Azərbaycana qaytarılması haqqında texniki məsələlər və bu istiqamətdə iki ölkə arasındakı qarışılıqlı münasibətlər ətraflı müzakirə ediləcək. Xəbərlərdə bildirilir ki, yeddi rayonun qaytarılması ilə bağlı Putinin xüsusi planı var. Bu planda həm Ermənistanın, həm də Azərbaycanın bundan sonra həyata keçirəcəyi bir sıra tədbirlərin öz əksini tapdığı ehtimal edilir. Eyni zamanda, nəticələrin alınması üçün Putinin çox ciddi niyyətlərdə olduğu söylənilir. Buna görə bu görüş bir çox məsələlərin müzakirəsində kuliminasiya rolunu oynaya bilər. Ərdoğanla Putinin ikitərəfli görüşündə əsasən Yaxın Şərq və Suriya probleminin müzakirəsi gözlənilsə də, Türkiyə prezidenti Qarabağ məsələsindən də söz açacaq".

Politoloq Moskva görüşünün BMT-nin 70-ci sessiyası ərəfəsinə təsadüf etməsini postsovet məkanı və Yaxın Şərqdəki münaqişələrin həlli baxımından da əhəmiyyətli hesab edir:

"Çox güman ki, Moskva Bakını öz tərəfinə çəkmək və gələcəkdə özünün Avrasiya Birliyində və Gömrük İttifaqında görmək üçün yeddi rayonun Azərbaycana qaytarılması istiqamətində maksimum səylər göstərəcək. Bu görüş həm də Qərbin Cənubi Qafqaza girişini önləmək və Azərbaycanla birlikdə strateji əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq məqsədi daşıyır. Hər halda, görüşlərin nəticələri ilə bağlı baxışlar olduqca nikbindir".

Qeyd edək ki, sentyabrın 23-də Putinlə Ərdoğan Moskvada Mərkəzi Məscidin açılışını edəcəklər. Açılış mərasiminə bir neçə ölkənin lideri, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin qatılacağı gözlənilir.

Tarix
2015.09.23 / 13:05
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla