Yuxarı

"Bakı Qərb üçün regionda elə bir rol oynaya bilər ki..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakı Qərb üçün regionda elə bir rol oynaya bilər ki..."

"10 sentyabr tarixində Avropa Parlamenti qəbul etdiyi qətnamə qərarında gələcəkdə Bakının Avropa İttifaqının əsas ticarət potensialı ola biləcəyini unudub. Lakin, sözügedən qətnamədə AP insan hüquqlarının müdafiəsi mövzusuna qırmızı xətt çəkir".

Axar.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "Le Nouvel Observateur" qəzetində yayımlanan Avropa Parlamentinin ölkəmizin əlehinə qəbul etdiyi qətnaməni tənqid edən məqalədə qeyd edilib.

Məqalədə vurğulanır ki, rəsmi Brüssel özünü insan hüquqları keşişçisi hesab edirsə və gələcəkdə Bakı ilə müxtəlif formada əlaqələrini gücləndirmək istəyirsə, beynəlxalq münasibətlərdə vacib sayılan fundamental amilləri nəzərə almalıdır. Beynəlxalq münasibətlərdə təhdid qarşılıqlı münasibətlərə əks təsir göstərir.

"Azərbaycan Cənubi Qafqazda yerləşən yeganə Şərq Tərəfdaşlığı ölkəsidir ki, nə Avropa İttifaqı ilə, nə də ki, Rusiyanın təsiri altında olan Avrasiya İttifaqı ilə əməkdaşlığa dair assosiativ memorandum imzalamayıb. Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə Azərbaycan ilə münasibətlərin soyumasına səbəb olur və ölkəni Rusiya yönümlü siyasət aparmağa sövq edir. Eyni zamanda belə bir qətnamənin qəbul olunması digər qonşu dövlətlərə negativ siqnal verir və onlarda belə bir sənədin növbəti qurbanının hansı ölkə olacağı düşüncəsini yaradır.

Azərbaycan Avropa İttifaqı üçün regionda mühüm rol oynaya biləcək ölkədir. Rusiya, İran və Türkiyə ilə həmsərhəd olması Azərbaycanın mühüm strateji coğrafi mövqeyi olduğunu təsdiq edir. Eləcədə bir neçə digər mühüm faktorlarla da Azərbaycanın Aİ üçün əlverişli əməkdaş dövlət olduğunu sübut etmək olar. İlk olaraq bu sırada TAP və TANAP layihələri vasitəsi ilə enerji təminatı, Xəzər dənizi vasitəsilə Türkmənistan qazının Avropa İttifaqına çatdırılması və eləcə də Azərbaycanın regionda terrorizmə qarşı olan əməliyyatları vurğulanmalıdır. Bununla belə, ilk dünyəvi müsəlman ölkəsi olan Azərbaycan Avropadakı tərəfdaşlarından demokratik dəyərlərin təbliğinə dair aydın strategiyanın ortaya qoyulmasını gözləyir", - İlan Skialomun qətnamə ilə bağlı məqaləsində qeyd edilir.

Tarix
2015.09.30 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla