Yuxarı

Məzahir Pənahov: "Əlimizdən gələni etməliyik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məzahir Pənahov: "Əlimizdən gələni etməliyik"

Bu gün Bakıda Azərbaycan Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının təşkilatçılığı ilə birgə KİV rəhbərlərinin iştirakı ilə "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilir.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, Milli Məclisə seçkilərdə iştirakla bağlı namizədlərin irəli sürülməsi prosesi artıq başa çatmaq üzrədir. Bu gün saat 18.00-dək bütün şəxslər öz namizədlikləri ilə bağlı tələb olunan sənədləri Dairə Seçki Komissiyalarına (DSK) təqdim etməlidirlər. DSK isə bu həftə ərzində öz qərarlarını verməlidir.

Prezident İlham Əliyevin şəffaf seçkilərin keçirilməsi ilə bağlı ortaya qoyduğu iradənin təqdirəlayiq hal olduğunu diqqətə çatdıran M.Pənahov bildirib ki, seçkilərin şəffaf keçirilməsində kütləvi informasiya vasitələrinin (KİV) rolu böyükdür:

"Çalışırıq ki, seçkilərlə bağlı kimin fikri varsa, ortaya qoysun. Bütün məsələlər aydınlaşdırılmalıdır. Mətbuatın bu işdə rolunu xüsusi vurğulamaq lazımdır. Təşviqat kampaniyasından öncə deputatlığa namizədlərin təşviqatla məşğul olması yolverilməzdir: "Biz bu məsələləri diqqətdə saxlayırıq. Ölkədə keçirilən seçkilərə həssas, ciddi yanaşırıq. Əlimizdən gələni etməliyik ki, seçki prosesinə kölgə salınmasın".

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə çıxışında mətbuatın seçki prosesindəki rolundan danışıb: "Mətbuat seçkilərin keçirilməsində cəmiyyətin, siyasətçilərin fikrini formalaşdırır, seçkilərin şəffaf keçirilməsində mühüm rol oynayır. Bilirsiniz ki, Azərbaycanda bu il parlament seçkiləri ilidir, hər bir seçki müəyyən sahələrin birgə fəaliyyətindən təşkil olunur. Azərbaycanda müstəqillik dövründə 15-ə qədər seçki keçirilib. Bu işlərdə mətbuatın iştirakı təmin olunub. Burada şəffaflıq təmin edilib. Ümumən, seçkilərin əksəriyyəti şəffaf keçirilib. Düzdür, müəyyən qədər qüsurlar olub, bundan kimsə sığortalanmayıb. Bu, ictimai siyasi mühitdən və seçki üçün yaradılmış prosesdən asılıdır. Azərbaycanda hüquqi siyasi proses olan seçkilər üçün bütün şərait yaradılıb. Mətbuat tam müstəqildir . Mətbuat siyasi partiya olaraq, seçkiyə qatılmır. Ona görə də jurnalist vəsiqəsi kifayət edir ki, seçkini izləyə bilsinlər. Mərkəzi Seçki Komissiyası müstəqildir. Bəzən Mərkəzi Seçki Komissiyasının verdiyi rəylərə şübhə ilə yanaşırlar. Amma Mətbuat bu məsələni də diqqətdə saxlamalıdır.

Mətbuat deputatlığa namizədlərə bərabər şərait yaratmalıdır. Deputatlığa namizədlərdən biri pul verirsə, o biri vermirsə, burada qərəzə yol vermək olmaz. Balans qorunmalıdır".

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu jurnalistlər üçün seçki prosesi ilə bağlı treninqlər keçirildiyini bildirib: "Seçkilərin normal şəraitdə keçirilməsi üçün bu istiqamətdə işlər davam etdirilir".

Tarix
2015.10.02 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla