Yuxarı

Azərbaycan İtaliyanın məşhur qəzetində

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan İtaliyanın məşhur qəzetində

İtaliyanın məhşur "La nostra Gazetta" qəzetində Azərbaycan-İtaliya münasibətləri haqqında məqalə dərc olunub.

Axar.az xəbər verir ki, Bakı Neapol Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov müəllifi olduğu yazıda Azərbaycan-İtaliya əlaqələrinin yaxın tarixi haqında söz açıb. Həmçinin, yazıda iki ölkə arasında mövcud olan dostluq, ticarət və mədəniyyət əlaqələrinin bu gün yüksək səviyyədə olmasından danışılır.

Məqalədə qeyd olunub ki, İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib.

Məqalədə mərhum prezident Heydər Əliyevin İtaliyaya ilk tarixi səfərindən də bəhs olunub. Prezident İlham Əliyevin İtaliyaya səfərləri zamanı imzalanan sənəndlərin iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq üçün güclü zəmin yaratdığı qeyd olunub.

Qeyd edək ki, "La nostra Gazetta" qəzeti İtaliyada yüksək tirajla buraxılan məşhur dərgilərdən biridir. Qəzet italyan və rus dillərində nəşr edilir.

Qeyd edək ki, E.Camalxanov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini olub.

Tarix
2015.10.03 / 12:50
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla