Bu gün Milli Televiziya və
Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda ANS
televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında"
Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə
inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata
baxılıb.
Bu barədə Report-a Şuradan məlumat verilib.
"Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il
tarixli 1281-IVQ saylı Qanununun 13.2-ci madəsinə, Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.5-ci maddəsinə
uyğun olaraq ANS Müstəqil Yayım və Media Şirkətinə ANS
televiziyasının efirində 01.10.2015-ci il tarixdə saat 16:20-19:00
arası yayımlanan "Sən tək deyilsən" verilişində sponsorluqla bağlı
qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000
AZN, "Sən tək deyilsən" verilişinin 02.10.2015-ci tarixli
buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin
pozulması ilə əlaqədar olaraq 6000 AZN, 04 oktyabr 2015-ci il
tarixdə saat 21:30-24:00 arası yayımlanan "Xoşqədəmlə axtarıram
səni" verilişində sponsorluqla bağlı qanunvericliyin tələblərinin
pozulması ilə əlaqədar olaraq 6000 AZN, "Salam Azərbaycan"
verilişinin 01.10.2015-ci il tarixli buraxılışında sponsorluqla
bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq
6000 AZN, "Salam Azərbaycan" verilişinin 02.10.2015-ci il tarixli
buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin
pozulması ilə əlaqədar olaraq 6000 AZN, "Salam Azərbaycan"
verilişinin 03.10.2015-ci il tarixli buraxılışında sponsorluqla
bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq
6000 AZN, 05.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı
qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000
AZN, "Şokolad" verilişinin 18.09.2015-ci tarixli buraxılışında
sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə
əlaqədar olaraq 6000 AZN, "Şokolad" verilişinin 21.09.2015-ci
tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin
tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 AZN, ümumilikdə 54
000 AZN məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul
edilib.
Eyni zamanda, ANS televiziyasının efirində yayımlanan "Salam
Azərbaycan" proqramında şəxslərin Azərbaycan Respublikasının
Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına
hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin
alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol
verildiyini, sponsorluqla bağlı qanunverciliyin tələblərinin
pozulduğunu nəzərə alaraq, ANS televiziyasının efirində həftə
ərzində bazar günü istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə
günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan
10:00-dək yayımlanan "Salam Azərbaycan" proqramının yayımının 6
oktyabr 2015-ci il tarixdən etibarən 10 gün müddətinə
dayandırılması barədə qərar qəbul olunub. Eyni zamanda yayımı
dayandırılmış "Salam Azərbaycan" proqramının efir vaxtında
mədəni-maarifçilik, intellektual xarakterli proqramların yayımının
ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən təmin edilməsi,
tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatın
yayımlanması barədə qərar qəbul edilib.