Yuxarı

MTRŞ: “Bu o demək deyil ki…” – Xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ: “Bu o demək deyil ki…” – Xəbərdarlıq

"Radioların daimi monitorinqləri aparılır, mütəmadi təhlillər edilir. Burada da bəzi hallarda reklamla və sponsorluqla bağlı tələblərin pozulmaları barədə məlumatlıyıq".

Bu sözləri Axar.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. Onun sözlərinə görə, hazırda əsas diqqət televiziyaların fəaliyyəti üzərində qurulub:

"Hazırda əsas fəaliyyətimizi televiziyalar üzərində qurmuşuq. Lakin bu o demək deyil ki, radioların fəaliyyətinə nəzarət edilmir. Radioların fəaliyyətində olan qüsurlarla bağlı tərəfimizdən müzakirələr aparılır və ən yaxın vaxtda bu mövzuya qayıdacağıq. Radioların efirinin daimi audioyazısı aparılır. İstənilən vaxt radioların efirində baş verən pozuntuları axtarıb tapa bilirik. Hazırda radioların efiri tam nəzarətimizdədir. Monitorinqlər yekunlaşdıqdan sonra nəticələrlə bağlı mətbuata açıqlama verəcəyik".

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının bu mövzuda ilk qərarı bəzi televiziya verilişlərinin bağlanması və cərimələnməsi ilə nəticələnib.

Tarix
2015.10.07 / 15:59
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla