"Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan
Məhərrəmli ANS TV-nin efirində pornoqrafiya yayımlanması ilə bağlı
əlində olan faktlar əsasında danışıb".
Bunu Report açıqlamasında Milli Televiziya və Radio
Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib. O, bildirib ki,
vaxtilə bu problemlə bağlı kanala xəbərdalıq da olunub:
"Telekanalın efirində 22 fevral 2013-cü il tarixdə gecə saatlarında
yayımlanmış "Killer Co" adlı bədii filmin əsas süjet xətti sırf
pornoqrafiya olmasa da, tez-tez erotik və pornoqrafik elementlərə
rast gəlinirdi. Filmdə qızla killer arasında erotik səhnələr yer
alır. Filmin süjet xətti əxlaqi-mənəvi cəhətdən yolverilməz olub.
Filmdə əxlaqsız bir ailənin həyat tərzi nümayiş etdirilir. Filmdə
ana-oğul, ata-oğul, bacı-qardaş, ata-qız, ana-qız arasında son
dərəcə qeyri-əxlaqi münasibətlərin əksini tapdığı səhnələr yer
alırdı.
Bu faktlar əsasında MTRŞ ANS TV-yə xəbardarlıq etmişdi. Şəxsən
Mirşahin Ağayev o zaman xahiş etdi ki, bu məsələ mətbuatda
işıqlandırılmasın".
Şöbə müdiri ANS TV-nin verilişlərində qeyri-etik ifadələrin
işlədilməsi ilə bağlı misallar da gətirib: "07.05.2015-ci il
tarixdə yayımlanan "Salam Azərbaycan" verilişində aparıcılar
arasında qeyri-etik dialoq baş verir.
- Aytən Səfərova: ("İti bucaq" verilişinin aparıcısı Samirə
müraciətlə): Sabunla aranız necədir?
- Samir: Sabun təmizlik vasitəsidir.
- Aytən Səfərova: Başqa nə vasitədir? (gülürlər)
- Samir: Bu sualı gözləmirdim.
- Aytən Səfərova: Niyə? Azərbaycanda yaşamırsınız. Niyə də yox?
- Samir: İndi artıq sabun istifadə edən yoxdur.
- Aytən Səfərova: Elə insanlar var ki, sabundan hər gün istifadə
edirlər. Çünki bunsuz mümkün deyil. Dogrudan belədir. Xüsusilə
indiki müasir zamanənin reallıqlarını nəzərə alaraq sabun ən tələb
olunan vasitələrdəndir. İndi artıq bir çox insanların işini
asanlaşdırmaq üçün gel sabunları da var. Onlardan istifadə edin.
(gülürlər)
- Samir: Təmizlik baxımından insan üçün ən vacib məsələdir. Hətta
həyatın tərkib hissəsidir (gülürlər).
-Aytən Səfərova: Sabun lazımdır. Sabunsuz bir günümüz olmasın. Bu,
gigiyena vasitəsidir. Elə insanlar var ki, bu həyatda sabunsuz qala
bilmirlər.
"Sən tək deyilsən" verilişində isə bir sıra hallarda verilişə
müraciət edən insanlar ələ salınır, onların şərəf və ləyaqəti
alçaldılırdı, bəzən isə hətta aparıcı və ekspertlər tərəfindən də
təhqirə məruz qalırdılar.
Məsələn, verilişin yeni mövsümdəki buraxılışlarından birində,
konkret olaraq 14 sentyabr 2015-ci il tarixdə aparıcı Xoşqədəm
Hidayətqızı tərəfindən studiyada nitqində və dayaq-hərəkət
sistemində qüsuru olan bir xanımın şərəf və ləyaqəti təhqir edilib
(saat 17:13). Belə ki, verilişə evlənmək üçün müraciət etmiş Ruslan
adlı şəxsə həmin qızı göstərməklə "35 yaşında qızdır. Ailə qurmaq
istəyərsənmi onunla?" deyə istehzalı şəkildə müraciət edib.
Halbuki, qız evlənmək niyyəti ilə deyil, başqa problemlə bağlı
verilişdə iştirak edirdi. Bu zaman həm aparıcı, həm də studiyada
əyləşənlər gülürdülər.
30 may 2015-ci il tarixdə saat 13.00-15.00 arası yayımlanan
"İncə maraqlar" verilişində aparıcı Elnarə Təhməzova qara rəngdə
hicab, çarşab geyən xanımlarla rəngarəng, açıq tonlu hicab geyinən
xanımları müqayisə edərkən birincilərlə bağlı "O cür qara-qura
geyinən, neqativ arvadlar bayquşa oxşayır" ifadəsini işlədib.
Bundan başqa verilişdə irqi-ayrıseçkilik fikirləri aşılayan söhbət
də olub.
Bu verilişdə baş verən hallarla bağlı qurumun "qaynar xətt"nə
çoxsaylı tamaşaçı şikayətləri daxil olmuşdu.
ANS telekanalının hər bazar saat 11.00-13.20 arası efirə gedən
"Bazar səhəri" verilişində bəzi hallarda qeyri-etik ifadə və
jestlərlə müşayiət olunan müzakirələrə yer ayırır.
8 mart 2015-ci il tarixdə saat 11.00 – 13.30 arası yayımlanan
"Bazar səhəri" verilişində qeyri-etik sətiraltı məzmunlu
müzakirələrə yer verilib.
Aparıcı: Yol kənarında açıq-saçıq, qısa ətəkli geyinən xanımı
görəndə avtomobilinizi heç saxlamısınız?
Müğənni Nadir Qafarzadə: Çılpaq niyə gəzir? Şubasını geyinsin
də.
Aparıcı: Şubası yoxdur da.
Müğənni Nadir Qafarzadə: Şubası yoxdur.... Onda ucuzdur ki, (yəni
ucuz fahişə) şuba almayıblar ona.
Verilişin başqa bir sayında yenə bu səpkili söhbətlər olub.
Aparıcı: Məclisdə yanınızda oriyental rəqqasə oynayarkən onun
sinəsinə pul qoymusunuz, yoxsa?
Müğənni Nadir Qafarzadə: Yox, heç yerinə.
Müğənni Manaf Ağayev: Qoymuşam.
Müğənni Nadir Qafarzadə: (Müğənni Manaf Ağayevə) Necə yəni
qoymuşam? Hara, nə qoymusan? (ironiya ilə)
Müğənni Vasif Məhərrəmli: Qoymuşam.
Müğənni Nadir Qafarzadə: (Müğənni Vasif Məhərrəmliyə) O da
qoyub...
Müğənni Vasif Məhərrəmli qəhqəhə çəkib gülür.
ANS Televiziyası 5 oktyabr 2015-ci il (Atmacalar)
5 oktyabr 2015-ci il tarixdə saat 07.00-10.00 arası yayımlanan
"Salam Azərbaycan" verilişində aparıcı Cəlalə Nəzəroğlu aşağıdakı
ifadələri işlədib: "Bəzi şəxslər və qurumlar var ki, kimlərisə ya
şəxs olaraq, ya qurum olaraq milli-mənəvi dəyərlərə əməl etməməkdə
günahlandırırlar və bəzi şəxslər özləri buna əməl etmirlər. Bunu
tənqid eləyən həmin şəxsləri ifşa eləyən bir mahnı var. "Qan
qrupu"nun ifasında. "Metamorfoza" adlanır bu mahnının adı. Həmin
mahnını təqdim edirik" (Saat 08.09-da).
Həmin mahnının sözlərində müəyyən atmacalar öz əksini tapıb.
Mahnının sözləri əsasən aşağıdakılardan ibarət olmuşdur:
"Milli Marfoza"
Savaş gedir, qan tökülür azəri torpağında
Millət defile eyləyir düşmənin qabağında
Atəşkəsdən yararlanıb alver edir arada
Dədəm Qorqud sahə alıb Badamdar bağlarında
….
Koroğlunun gözü doymur yığdığı rüşvətlərdən
….
Natavan başçılıq edir ordumuza Dubayda
…
Anoloqu, ataloqu yoxdu bu savaşın,
Qaçaq Nəbi mersedesdə göynən gedir, qardaşım.
İşi xoddur, biznesmendir, neft satır maşın-maşın.
Neftdən qabaq torpaq satıb dollara arşın-arşın.
İyirmi Yanvar yer altında bizi çəkir sınağa
İyirmi faiz yoxdur yer üzündə, ümid yoxdur sabaha
Oruc qəza, namaz batil, həccə getmirik daha
Babək göydələnlər tikir yaxın olsun Allaha
Yenə millət yola çıxıb həqiqət axtarmağa
Ağızlar hər an hazırdı söyüşə, qışqırmağa,
TV-lərdə Nuşirəvan rep oxuyur bayquşa
Fitnə şəxsi fitnes klubda öküz qaldırır başa
….
Qatır Məmməd dəstəsilə qaşlarını aldırır.
ANS televiziyasının efirində bu kimi hallarla bağlı kifayət
qədər çox faktlar var ki, sadəcə bir necəsini sadaladıq. TV-lərin
hər birinin yayımladığı verilişlərin videoçəkilişləri bizdə var.
MTRŞ boşuna deyil, faktlar əsasında danışır. sadaladığım bütün
neqativ hallar "Televiziya və radio yayımı haqqında" qanunun
32.0.9-cu maddəsinə (proqramlarda milli-mənəvi dəyərlərin
qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) və "Uşaqların və
yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına
ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və
qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar"ın 2.9-cu
(efirdə ədəbsiz ifadələrin işlədilməsi saat 07.00-dan 23.00-dək
yolverilməzdir) maddəsinə ziddir.
ANS bizim telekanalla qərəzli olduğumuzu yenə də düşünürsə və öz
verilişlərindən xəbərsizdirsə, Şuranın monitorinq bölümündə
aparılan monitorinqin nəticələri ilə daha yaxından tanış ola
bilər".