Axar.az
Yuxarı

Axar.Az Logo

Nikol Fransaya, Armen ABŞ-a getdi: İrəvan nəyə çalışır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müstəqil dövlət deyil. Ona görə yenə özünə yeni “ağa” axtarışına çıxıb. Müstəqil olmadığı üçün də ağa hansı havanı çalacaqsa, ona da oynayacaq.

Bu sözləri Paşinyanın Fransaya, Armen Qriqoryanın isə ABŞ-a səfərini Axar.az-a şərh edən Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Alimin sözlərinə görə, hər cür təxribat gözləniləndir və Azərbaycan buna mütləq şəkildə hazırlıqlı olmalıdır:
“Hazırki məqamda İrəvandan təxribat və növbəti müharibəyə cəhd də daxil olmaqla, hər şeyi gözləmək olar. Ermənistanda iqtidar yeni müharibənin ölkə üçün fəlakət olacağını bilir. Lakin buna baxmayaraq, Azərbaycanı işğalçı kimi qələmə vermək üçün belə bir addımı ata bilər. Əslində bunun siqnalını Paşinyan BMT-dəki hiyləgər çıxışı ilə verib. O öz ölkəsini məzlum və sülhə can atan tərəf kimi göstərməyə cəhd edərək Azərbaycandan Ermənistanın ərazi bütövlüyünü tanımağı tələb edib. Lakin işğala məruz qalan Azərbaycandır, bununla bağlı BMT TŞ-nin məlum dörd qətnaməsi var. Ona görə Ermənistan dövləti ilk növbədə Azərbaycanın ərazi bütpvlüyünü tanımalıdır. Bundan sonra Azərbaycan da beynəlxalq hüquqa görə Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Bu səbəbdən Paşinyanın dilə gətirdiyi tələb absurddur”.

Professor bildirib ki, Bakı dəfələrlə İrəvana sərhədlərin delimitasiyasına başlamağı təklif edib, onlar isə buna sərhəd təxribatları, sərsəm açıqlamalar ilə cavab verib:

“Ona görə, Azərbaycan öz sərhədlərini qorumalı və beynəlxalq hüquqla ölkəmizin ərazisi kimi tanınan bölgədə suverenliyini bərpa etməlidir.

Ümumiyyətlə isə vurğulamaq istəyirəm ki, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalananadək dövlətimiz qarşı tərəfdən gələcək bütün təxribatlara hazırlıqlı olmalıdır. Bölgənin, xüsusilə Azərbaycanın yaxın gələcəkdə bütün dünyada geostrateji mövqeyi güclənəcək, önəmi artacaq. Artıq indidən bu prosesi görmək mümkündür. Cənubi Qafqazda maraqları olan bir sıra böyük güc mərkəzlərinə isə ərazi problemi olmayan və suverenliyini tam bərpa etmiş, bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər quran Azərbaycan sərf etmir. Bütün bunlara görə, Ermənistan üzərindən Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək və söz sahibi olmaq üçün onu müxtəlif vədlərlə hər cür təxribata həvəsləndirirlər”.

Tarix
2022.09.27 / 09:00
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Azərbaycanda bu qızıl yataqları necə talanıb? - Araşdırma

Təbrizli deputat: Bu, ölkədə partlayışa səbəb oldu

Hacıyev: Qriqoryan müzakirələri təhrif edib!

Minsk Qrupunu bu ölkələr dəfn etdilər - Zaxarova

Əliyevin imtinasından sonra variantlar axtarırıq – İrəvan

Qriqoryandan sülh müqaviləsi ilə bağlı açıqlama

Arkovun proqnozu doğruldu, Ermənistan təkzib etdi

Monitorinqin sənədləri Prokurorluğa təqdim olundu

Araik və Ruben faktiki olaraq Xankəndidən qaçdı

Niyə indi danışırıq? Çünki Talıbovun “dişi çəkilib”…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla