Yuxarı

Paraqvay televiziyasında Azərbaycandan nələr danışılıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paraqvay televiziyasında Azərbaycandan nələr danışılıb?

Paraqvay televiziyasında "Paraqvay iqtisadi forumu"nun təsisçisi Piter Teyz çıxış edib. O, Paraqvayın logistika potensialından və dünyanın digər dövlətləri ilə iqtisadi münasibətlərin inkişafından danışıb.

Axar.az xəbər verir ki, P.Teyz nəqliyyat industriyası və logistika xidmətlərinin inkişafında Azərbaycanın təcrübəsini nümunə göstərib. O, Paraqvayın ABŞ, habelə Azərbaycan da daxil olmaqla Xəzər regionu ölkələri ilə əməkdaşlığının vacibliyini qeyd edib.

P.Teyz vurğulayıb ki, Paraqvay da Azərbaycan kimi materikdaxili ölkədir. Odur ki, beynəlxalq dəniz və okeanlara birbaşa çıxışı olmadan sosial-iqtisadi inkişaf sahəsində Azərbaycanın təcrübəsini tətbiq etmək olar.

Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikanın tədricən nəqliyyat qovşağına çevrilməsi üçün müvafiq tədbirlər görüb. Bu, Azərbaycana nəinki öz məhsullarını ixrac etməyə, həm də başqa ölkələrin öz mallarını və xidmətlərini ən çatımlı iqtisadi dəhliz olan Azərbaycandan nəql etməyə əlverişli imkan yaradır.

Tarix
2015.10.18 / 19:23
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla