Yuxarı

"ANS işi" Apelyasiya Məhkəməsinə göndərildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"ANS işi" Apelyasiya Məhkəməsinə göndərildi

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS Yayım və Media Şirkəti"nin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Report xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri çıxış edib.

"ANS Yayım və Media Şirkəti"nin nümayəndəsi ANS TV-də yayımlanan "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" verilişlərinin bir ay müddətinə dayandırılması barədə MTRŞ-nın qərarının ləğv edilməsini istəyib.

Hakim işi baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib.

Qeyd edək ki, MTRŞ-nın sentyabrın 30-da keçirilən iclasında ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb. MTRŞ-nın qərarında qeyd edilib ki, ANS televiziyasının efirində yayımlanan "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq yayımın 5 oktyabr 2015-ci il tarixdən etibarən bir ay müddətinə dayandırılsın.

Tarix
2015.10.23 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla