Yuxarı

Avstraliyalı parlamentarilər jurnalistlərlə görüşdü – Bakıda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avstraliyalı parlamentarilər jurnalistlərlə görüşdü – Bakıda

Parlament seçkilərini müşahidə edəcək Avstraliya İttifaqı parlamentinin deputatları Bakıda bir qrup jurnalistlə görüşüblər.

Axar.az xəbər verir ki, görüş görüş "For Sizn Baku" otelinin konfrans zalında baş tutub.

Tədbirdə Avstraliya Senatının üzvü David Conston, Nümayəndələr Palatasının üzvləri Luke Simkins, Alan Qriffin, xanım Şarman Nansi Stonoe, Lauri Ferquson iştirak ediblər.

Həmçinin, Avstraliya-Azərbaycan dostluq cəmiyyətinin rəhbəri Con Hammond və Avstraliyada yaşayan Azərbaycan icmasının nümayəndəsi Aydan Rzayeva da tədbirə qatılıb.

Görüşdə "Yeni Müsavat" qəzetindən Elşad Paşasoy, "Türküstan" qəzetindən Aqil Camal, "Xalq Cəbhəsi" qəzetindən Əli Zülfüqarğlu, "Moderator.az" saytından Zülfüqar Hüseynli, "ANN.az" saytından Zülfiyyə Səfxanova və "Bizim Yol" qəzetindən Rəşad Vaqifoğlu qonaqları maraqlandıran sualları cavablandırıblar.

Seçkiləri müşahidə edəcək avstraliyalı parlamentariləri əsasən Azərbaycanda seçkiqabağı vəziyyət, təbliğat-təşviqat kampaniyasının gedişi, seçki proseslərinin KİV-də işıqlandırılması və s. məsələlər maraqlandırıb.

Jurnalistlər nümayəndə heyətinə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqşəsi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması ilə bağlı da məlumat veriblər.

Tarix
2015.10.28 / 17:30
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla