Yuxarı

İran terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır

İran Azərbaycan səfirliyində terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır və buna aydınlıq gətirməlidir.

Axar.az xəbər verir ki, bu fikirləri Naxçıvanda səfərdə olan Rusiyanın tanınmış jurnalisti, tərcüməçi və televiziya aparıcısı, TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi, əməkdar jurnalist Mixail Qusman AzTV-yə və Naxçıvan televiziyasına deyib.

Tehrandakı terroru kəskin pisləyən M.Qusman bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilən dünənki hücum bu dünyada terrorun nə qədər dəhşətli olduğunu anlayan hər kəsin qəlbində ağrı yaratdı:

"Bu terror aktı hamını qəzəbləndirdi. Rusiyanın Xarici İşlər naziri, Birləşmiş Millətlər Təşkilatı sərt reaksiya verdi. Azərbaycan rəhbərliyi müxtəlif ölkələrdən terror aktı ilə bağlı teleqramlar aldı. Azərbaycanın İrandakı səfirliyinin mühafizəçisi Orxan Əsgərovun ailəsinə başsağlığı verirəm, o öz canı bahasına dostları ilə birgə daha bir faciənin qarşısını aldı. Hesab edirəm ki, müasir dünyamızda terrora yer olmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, müasir dünyada terrorizmə yer yoxdur! İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan terroru qəbul etmir".

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Tarix
2023.01.28 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla