Yuxarı

Nazir iranlı nümayəndələrlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir iranlı nümayəndələrlə görüşdü - Foto

Ənzəli limanı və Gilanda yerləşən Azad Ticarət və Sənaye Zonası Azərbaycan və İran tərəfindən üçüncü ölkələrə kənd təsərrüfatı məhsullarının ixracına geniş imkanlar yaradır.

Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, İqtisadiyyat və sənaye naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Gilan vilayətinin valisi Məhəmmədəli Nəcəfinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Ş. Mustafayev ölkələr arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, 2014-cü ildə dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən və keçirilən görüşlərdən sonra Azərbaycan-İran əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Son zamanlar intensivləşən qarşılıqlı səfərlərin ölkələr arasında əməkdaşlığın genişlənməsində əhəmiyyəti qeyd olunub, bu ilin oktyabrında Azərbaycanın və İranın Astara şəhərlərində keçirilmiş görüşlər zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsinə və digər məsələlərə dair razılıqların əldə olunduğu bildirilib. Qeyd edilib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi tranzit imkanlarının genişlənməsinə, ölkələrimiz arasında, o cümlədən Gilan vilayəti ilə əlaqələrin inkişafına öz töhfəsini verəcək. İran nümayəndə heyətinin ölkəmizə növbəti səfəri çərçivəsində Azərbaycan-İran biznes forumunun keçirilməsi və Bakıda İranın ixtisaslaşmış sərgisinin açılması iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacaq.

Ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla davam etdiyini qeyd edən Ş. Mustafayev Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi layihəsi üzrə I mərhələnin 2016-cı ilin sonunda başa çatdırılmasının nəzərdə tutulduğunu, qarşılıqlı razılaşmaya əsasən, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçiriləcəyini vurğulayıb. Həmçinin bildirilib ki, Qazaxıstanın Aktau şəhərində inşa olunan logistik mərkəzdən İran tərəfi də istifadə edə bilər.

M. Nəcəfi region ölkələri ilə müqayisədə Azərbaycanın yüksək iqtisadi artıma nail olduğunu vurğulayıb, dünən Bakıda İranın ixtisaslaşmış sərgisinin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlıq edib. Ölkələr arasında həyata keçirilən çoxsaylı qarşılıqlı rəsmi səfərlərin müsbət nəticələr verdiyini qeyd edən M. Nəcəfi əlaqələrin genişlənməsi üçün qısa müddət ərzində bir sıra işlərin görüldüyünü diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar, turizm və ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək. M. Nəcəfi qeyd edib ki, Ənzəli limanı və Gilanda yerləşən Azad Ticarət və Sənaye Zonası Azərbaycan və İran tərəfindən üçüncü ölkələrə kənd təsərrüfatı məhsullarının ixracına geniş imkanlar yaradır.

Görüşdə Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti – 10-cu iclasının bu ilin dekabrında İranda keçiriləcəyi qeyd edilib, iclasda müzakirəsi nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tarix
2015.11.18 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla