Yuxarı

Macar səfir ADU tələbələrini belə sevindirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Macar Dili və Mədəniyyəti Mərkəzinə müxtəlif kitablar hədiyyə edib. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfir əvvəlcə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə səfirlik və universitet arasında olan mövcud əlaqələr müzakirə olunub, Macar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb:

“Bizim Azərbaycan Dillər Universiteti ilə uzun zamandır çox faydalı, gözəl əlaqələrimiz var. Ötən il universitetin qonağı oldum. Macar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti, macar dilini öyrənən tələbələrin həvəsi, marağı bizi çox sevindirir. İnanıram ki, macar dilində olan bu kitablar tələbələr üçün faydalı olacaq. Tələbələr bu kitablar vasitəsi ilə Macarıstanın tarixini, mədəniyyətini daha yaxından öyrənə biləcəklər”.

Prorektor Jalə Qəribova səfirə ADU-nun rektoru, akademik Kamal Abdullanın və macar dilini öyrənən tələbələrin adından təşəkkürünü bildirib, hədiyyə olunan kitabların tələbələr üçün faydalı vəsaitlər olduğunu diqqətə çatdırıb.

Daha sonra səfir Tamaş Torman Macar Dili və Mədəniyyəti Mərkəzində olub, tələbələrlə görüşüb.

Tarix
2023.04.05 / 20:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın bu sazişdən qazancı nə olacaq?

Bu tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu

Arutyunyan Şuşanın işğalı əməliyyatından danışdı: Guya...

Balasanyandan Putinə: Kömək et, Qarabağa qayıdaq!

Moskvada parad vaxtı Netanyahu və Ərdoğanın Bakıya gəlişi...

Pakistan-Hindistan gərginliyi: XİN açıqlama yaydı

Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?

44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - Video

Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla