Yuxarı

Ukraynanın bu sazişdən qazancı nə olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın bu sazişdən qazancı nə olacaq?

ABŞ və Ukrayna arasında imzalanan yeni saziş Kiyevə siyasi və iqtisadi zəmanətlərin verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Vaşinqton və Kiyevin Ukraynanın təbii ehtiyatları ilə bağlı imzaladığı sazişi şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukrayna ilə ABŞ arasında bağlanmış müqavilə əslində Kiyevə bir növ qoruma qalxanı vermək məqsədi daşıyır:

“Çünki Ukraynanı başqa cür qorumaq mümkün deyil – NATO-ya qəbul edilməsi real görünmür. ABŞ isə öz şərtlərini Ukraynaya zorla qəbul etdirmək niyyətində deyil, çünki bu, Üçüncü Dünya müharibəsinə səbəb ola bilərdi. Amma müharibəni dayandırmaq və Ukraynaya müəyyən zəmanətlər vermək zəruri idi. Bu baxımdan imzalanmış müqavilə qlobal səviyyədə zəmanət xarakteri daşıyır”.

Ekspertin sözlərinə görə, Ukraynanın mineral resursları və iqtisadi potensialı bu mərhələdə böyük gəlir vəd etmir:

“Müqavilədə qeyd olunur ki, ən yaxşı halda 10 ildən sonra müəyyən gəlir əldə etmək mümkün olacaq. Yəni qarşılıqlı qazanc uzunmüddətli perspektivə hesablanıb. Bu on il ərzində böyük investisiyalar qoyulacaq. Eyni zamanda, Rusiyanın dondurulmuş vəsaitlərinin bir hissəsi də bu proses çərçivəsində Ukraynaya yönəldiləcək”.

Cəfərlinin fikrincə, ABŞ-ın bu addımı həm müharibənin dayandırılmasına, həm də sülh prosesinin irəliləməsinə yönəlib:

“Ukraynaya verilən zəmanət Rusiya ilə danışıqlarda ABŞ-la birlikdə infrastruktur və limanların birgə mülkiyyətdə olduğunu nəzərə alaraq, Rusiyanı həmin obyektlərə zərbə endirməkdən çəkindirməyə hesablanıb. Bu isə atəşkəsin və sülh sazişinin imzalanmasını sürətləndirə bilər”.

Ekspert əlavə edib ki, Kiyev bu razılaşmanı daha tez qəbul etməli idi:

“Əgər 3 ay əvvəl imzalansaydı, bəlkə də atəşkəsin reallığa çevrildiyinin şahidi ola bilərdik”.

Tarix
2025.05.02 / 08:00
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla