Yuxarı

Ölkəmizi onlardan təmizləməsək, təhlükə böyüyəcək - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizi onlardan təmizləməsək, təhlükə böyüyəcək - Deputat

İranın casus şəbəkəsi yalnız iradəsi zəif olan dini inanclı düşərgə və mərasim zallarında deyil, başqa sahələrdə də dərin kök atıblar. Mühüm maliyyə-iqtisadi sferasında da İran xüsusi xidmət orqanlarına bağlı olanlar var. Normal münasibətlər dövründə iranlı iş adamları ölkəmizin iqtisadi, maliyyə və bank sisteminin müxtəlif həlqələrinə nüfuz ediblər. Qonşu ölkədə hakimiyyətin nəzarətində olan, dövriyyəsi milyon dolları keçən biznes şirkətlərinin ölkəmizdə kök salan nümayəndələri ETTEELAT-ın, SEPAH-ın bir parçasıdır.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc deyib.

Millət vəkili İranın Azərbaycandakı casus şəbəkəsinin tamamilə çökdürüləməsinin vacibliyindən də danışıb:

"Əgər ölkəmizi casuslardan təmizləməsək, daxili cəbhələr artacaq. Biət edənlərin sayı minlərlə deyil, lakin təcrid olunmasalar, təhlükə böyüyəcək. Çünki casusluğa cəlb olunanlar gec partlayan minalara bənzəyir. İşimiz təkcə azad torpaqları minasızlaşdırmaq deyil. Biz qalib dövlətdən qalib vətəndaşa çevrilməliyik".

Z.Oruc vurğulayıb ki, Azərbaycanda heç zaman yaşıl bayraqlı dövlət olmayacaq:

"Dünyəvilik bizim mövcudluq formamızdır. Müstəqillik qanımıza, canımıza, ruhumuza​ keçib. Əsrlərlə bu torpaqları ələ keçirən imperiyalar dağılıb, lakin dünya xəritəsində Azərbaycan adlı dövlət yaşayır və qalib gəlir. Ona görə də ölkəmizin İrana qarşı 3-cü ölkələrdən hərbi-siyasi yardım istəyəcəyini gözləməsinlər".

Tarix
2023.04.19 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla