Yuxarı

ANS-dən şok: Xoşqədəmin bu verilişini də bağladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS-dən şok: Xoşqədəmin bu verilişini də bağladı

Xoşqədəm Hidayətqızının müəllifliyi ilə efirə gedən "Deməsək olmaz" verilişi gələn həftədən etibarən ANS-in efirindən çıxarılacaq.

Bu barədə Axar.az-a ANS Şirkətlər Qrupundakı etibarlı mənbədən məlumat veriblər. Mənbənin sözlərinə görə, bu gün bağlanan 5 veriliş və bağlanması gözlənilən verilişlər ANS-dəki efir dəyişikliyi ilə bağlıdır.

Belə ki, ANS ölkənin ilk müstəqil yayım şirkəti olaraq öz mövqeyini qorumaq və ciddi xəbər kanalı funksiyasını yerinə yetirmək, həmçinin analitik tok-şoular, intellektual müzakirələr məkanına çevrilmək niyyəti ilə böyük layihələrə start verib.

Gələn həftədən başlayaraq ANS-in efirində tamamilə yeni verilişlər və yeni simalar görmək mümkün olacaq.

Qeyri-rəsmi məlumata görə, Xoşqədəm Hidayətqızına "Xoşqədəmlə axtarıram səni" verilişini tam yeni formatda, sosioloq və psoxoloqların iştirakı ilə yüksək səviyyədə, şoudan kənar bir təqdimatla efirə qaytarmaq təklifi də edilib. Tanınmış aparıcının hazırda bu layihəni gerçəkləşdirmək imkanları müzakirə olunur.

Həmçinin, vaxtilə ANS-in efirində böyük reytinqi olan, sosial-ictimai müzakirələri ilə yaddaşlarda qalan verilişlərin də fərqli və daha geniş formatda efirə qayıdacağı gözlənilir.

ANS Şirkətlər Qrupunun bu hazırlıqları "gizli" aparmasına gəlincə, mənbənin sözlərinə görə, bütün prosesin, yeni layihələrin və format dəyişikliyinin ictimaiyyətə açıqlanmadan aparılmasının səbəbi şirkətin layihə sirrini qoruması ilə bağlıdır. Anons edilmədən layihələrini gerçəkləşdirmək istəyən ANS Şirkətlər Qrupu qısa müddətdə tam efir dəyişikliyi ilə sürpriz hazırlayır.

Qeyd edilir ki, artıq bir çox layihələrin çəkilişlərinin aparıldığı və proses icra mərhələsində olduğu da bildirilir..

Xatırladaq ki, bu gün ANS 5 verilişini - "Şoubiz", "İç Xəbər", "İtibucaq", "Düzbucaq" və "Xəbərsizsiniz" verilişlərini efirdən çıxarıb.

Tarix
2015.12.12 / 00:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla