Yuxarı

Elçin Əlibəylini alimlərin bu iradı özündən çıxardı - Monitorinq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçin Əlibəylini alimlərin bu iradı özündən çıxardı - Monitorinq

Milli Televiziya və Radio Şurasının (MTRŞ) televiziya kanallarının nitqi qüsurlu aparıcıların adlarını və onların yol verdiyi ədəbi dil pozuntularını açıqlaması birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, tanınmış teleaparıcı Elçin Əlibəyli monitorinqin nəticələrini qəbul etməyib və dil normalarını pozması ilə bağlı iradları sərt reaksiya ilə qarşılayıb. E.Əlibəylinin bu etirazı isə təbii olaraq monitorinqin E.Əlibəyli ilə bağlı nəticələrini bir daha gündəmə gətirib.

MTRŞ-nin AMEA Nəsimi adına Dilçilik İnstitutunun mütəxəsislərinin iştirakı ilə keçirdiyi monitorinqin nəticələrində E.Əlibəyli ilə bağlı iradlara diqqət edək:

Orfoepik normanın pozulması

"Görüş yeri" – Elçin Əlibəyli – 20.10.2015 – 11:06:48 – Nadir, əslində, biz niyə sizi dəvət elədik? Çünki həqiqətən, mən deyirəm, ba bu sözü burada, hamının qarşısında deyirəm ki, Nadir, həqiqətən, artıq bir 10 ildir ki, mən rəsmən bu rəqəmi deyə bilərəm, 10 ildir ki, çox fərqli bir performansları ilə seçilir.

"Görüş yeri" – Elçin Əlibəyli – 20.10.2015 – 12:43:22 – Ama, ama (amma) bütün bunlarla bərabər, Nadir də mənimlə razılaşar, Əsgər müəllim də razılaşar, Tahirə, sən də razılaşarsan ki, ümumiyyətlə, yaradıcı insanların qəlbi çox kövrək olur və hər bir söz onların çox böyük xətrinə dəyir, onun yaradıcılığına belə, mane olur.

Leksik normanın pozulması

"Görüş yeri" – Elçin Əlibəyli – 21.10.2015 – 12:16:20 – Bax burda Rauf da gəlib, Eyvaz müəllim də gəlib. 3 dənə (nəfər), belə deyək, yaradıcı adam, biri də soruşmur ki, o balaca masanın üzərindəki o güllər niyə solub?

Morfoloji normanın pozulması

"Görüş yeri" – Elçin Əlibəyli – 20.10.2015 – 11:06:48 – Nadir, əslində, biz niyə sizi dəvət elədik? Çünki həqiqətən, mən deyirəm, ba bu sözü burada, hamının qarşısında deyirəm ki, Nadir, həqiqətən, artıq bir 10 ildir ki, mən rəsmən bu rəqəmi deyə bilərəm, 10 ildir ki, çox fərqli bir performansları ilə seçilir.

Leksik artıqlıq

"Görüş yeri" – Elçin Əlibəyli – 20.10.2015 – 12:43:22 – Ama, ama bütün bunlarla bərabər, Nadir də mənimlə razılaşar, Əsgər müəllim də razılaşar, Tahirə, sən də razılaşarsan ki, ümumiyyətlə, yaradıcı insanların qəlbi çox kövrək olur və hər bir söz onların çox böyük xətrinə dəyir, onun yaradıcılığına belə, mane olur.

Qeyd edək ki, Elçin Əlibəylinin monitorinqin nəticələri açıqlandıqdan sonra ona irad tutan dilçilərin ünvanına sərt reaksiyası qarşılıqlı mübahisələrə səbəb olub.

Tarix
2015.12.12 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla